Cümə , 17 May 2024

Cəmiyyət

Xəzər dənizi üzərindən körpü tikilir?

“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”. Bu barədə Open.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir. Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin …

Read More »

Sabirabadda toy məclisi təşkil edən şəxslər cərimələndi

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, Sabirabad …

Read More »

Rəfail Məmmədova vəzifə verildi

Kürdəmir Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Rayon Təhsil Şöbəsindən Open.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin 01-9-143/17 nömrəli razılıq məktubu və Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Məmmədov Rəfail İnqilab oğlu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Read More »

Birinci qrup Qarabağ əlilinin çıxarışı olan torpağını əlindən alırlar -VİDEOMÜSAHİBƏ

Birinci qrup Qarabağ müharibəsi əlili Əliyev Zeynal Tofiq oğlu rastalşdığı qanunsuzluqla bağlı Azinforum.az-a müraciət edib. Onun sözlərinə görə, vaxtilə ölkə rəhbərliyinin göstərişi əsasında müharibə iştirakçısı kimi ona Pirşağı qəsəbəsində 12 sot torpaq verilib. Şikayətçinin sözlərinə görə, həmin torpağa qanuni şəkildə çıxarılış belə verilsə də, 4 ildir ki, xəstə canı ilə məhkəmələrdə sürdürülür. Qarabağ qazisi Azinforum.az-a verdiyi videomüsahibədə başına gətirilənlərlə bağlı …

Read More »

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sabah Sığorta Agentliyi” MMC-ni dövlət qeydiyyatına alıb. Boyukmillet.com xəbər verir ki, yeni kommersiya qurumunun hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 31, mənzil 35, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Nicat Seymur oğlu Əzizlidir. Bundan başqa, “Qarant Sığorta Agentliyi” MMC qeydiyyatdan keçib. Bu kommersiya qurumunun isə hüquqi ünvanı Şirvan şəhəri, …

Read More »

Balakəndə 18 min nəfərin istifadə etdiyi yol yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Balakən rayonunda uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunu yenidən qurub. Məlumata görə, yoldan 10 yaşayış məntəqəsinin 18 min əhalisi istifadə edəcək. Sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin …

Read More »

Türkiyədən qayıda bilməyən Azərbaycan vətəndaşlarının durumu barədə rəsmi açıqlama

“Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000 ədəd ərzaq paketi təmənnasız olaraq Türkiyədəki Azərbaycan vətəndaşlarına təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb. Məlumatda bildirilib ki, Türkiyədə geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində …

Read More »

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Akif Quliyev dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə universitetdən bildirilib. O, uzun müddət Biologiya fakültəsində dekan, kafedra müdiri vəzifələrində çalışıb. Allah rəhmət eləsin!

Read More »

Məleykə Abbaszadənin 44 yaşlı qızı qəfil vəfat etdi – FOTO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.  Boyukmillet.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.  Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb. Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

Read More »

Bakı metrosu fəaliyyətini bərpa edir?

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb. Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ …

Read More »