Cümə , 29 Mart 2024
Drone Cameras

“YAŞAT” Fondunun şəxsi heyətinin veteranlardan və şəhid ailələrinin nümayəndərlərindən təşkili təqdirəlayiqdir”

Cəlil Xəlilov: “Bu, şəhid ailələri və veteranlara daha duyarlı münasibəti təmin edəcək”

Məlum olduğu kimi, dünən “YAŞAT” Fondunun rəhbərliyi və şəxsi heyəti formalaşıb. Fondun demək olar ki, bütün heyəti müharibə veteranları və şəhid ailələrinin övladlarından təşkil olunub.

“YAŞAT” Fondunun bu heyətlə təşkili Fondun veteran və şəhid ailələrinin probleminə daha həssas, daha duyarlı münasibətini təmin edə bilərmi?

Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

””YAŞAT” Fondunun şəxsi heyətinin müharibə veteranları və şəhid ailələrinin nümayəndələrindən təşkil edilməsi hər şeydən öncə ölkə başçısının bu kateqoriyadan olan vətəndaşlarımıza olan diqqət və qayğısının bariz nümunəsidir. Bu fakt bir daha onu göstərir ki, ölkə başçısı müharibə veteranlarına, şəhid ailələrinə münasibətdə xüsusi həssaslıq sərgiləyir, onlara böyük diqqət və ehtiram bəsləyir.

“YAŞAT” Fondunun şəxsi heyətinin müharibə veteranları və şəhid ailələrinin nümyəndələrindən təşkil edilməsi Fondun bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə daha həssas, daha duyarlı münasibətini təmin edəcək. Çünki Fondda çalışan insanlar da məhz bu kateqoriyadan olan şəxslərdir. Onlar araşdırmalı olduqları müraciətlərin, həll etməli olduqları problemlərin kökü, mahiyyəti, dərinliyi, ağrı-acısı ilə tanış olan insanlardır. Bu baxımdan, “YAŞAT” Fondunda məhz müharibə veteranı və şəhid ailələrinin təmsilçilərinin yer alması ikiqat əhəmiyyətə malikdir.

Əminəm ki, ölkə başçısının fərmanı ilə yaradılan və müqəddəs məqsədə xidmət edən “YAŞAT” Fondu bütün ümid və gözləntiləri doğruldacaq, şəhid ailələrinin, müharibə veteranlarının probleminin həllinə böyük töhfələr verəcək”.

Seymur ƏLİYEV

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …