İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə …
Read More »Minimum əməkhaqqı ilə bağlı yeni QAYDA
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi …
Read More »Uşaqlar doğulanda atalar da məzuniyyətə çıxacaq- Təsdiqləndi
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Read More »ABŞ Azərbaycan vətəndaşlarına daimi yaşayış vizalarının verilməsini dayandırır
ABŞ Dövlət Departamenti 75 ölkəyə, o cümlədən Azərbaycan vətəndaşlarına daimi yaşayış (immiqrasiya) vizalarının verilməsini dayandırır. Bu barədə Fox News Dövlət Departamenti memorandumuna istinadla bildirir. Siyahıya keçmiş SSRİ ölkələrindən Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova daxildir. Bundan başqa, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt, Kamboca, Livan və Liviya da məhdudiyyət tətbiq …
Read More »Qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır – Vüqar Oruc
Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb: “Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların …
Read More »Yoluna sadiq bir ömür
Azərbaycanın müasir siyasi tarixində elə simalar var ki, onların adı çəkiləndə təkcə bir şəxs deyil, bütöv bir dövr yada düşür. Mübarizə, mövqe, prinsip və bu anlayışlar həmin simaların taleyi ilə birləşir. Onlar zamanın axarında itib-batmır, əksinə, zaman onların üzərindən keçərək iz buraxır. Belə simalardan biri də Siyavuş Mustafadır. Onun həyatı və fəaliyyəti təkcə fərdi bir bioqrafiya deyil. Bu həyat yolu …
Read More »Bu cərimə 5 dəfə artırılıb
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı ilin yanvarıb 1-dən evini kirayə verən, lakin vergi orqanında qeydiyyata alınmaq üçün ərizə təqdim etməyən şəxslərə tətbiq olunan cərimə 40 manatdan 200 manata qaldırılıb. Bundan başqa, kirayə gəlirləri üzrə hesabat təqdim etməyənlər 40 manat, vergi məbləğini az göstərənlər isə yayındırılmış məbləğin 50 faizi həcmində cərimələnəcək. Dəyişikliklərin əsas məqsədi kirayə müqavilələrinin rəsmiləşdirilməsini təşviq etmək və …
Read More »AAYDA gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri …
Read More »Bakıda ən ucuz torpaq sahələri – QYİMƏTLƏR VƏ ƏRAZİLƏR
Bakı şəhəri və ətraf qəsəbələrdə torpaq bazarı kifayət qədər genişdir və qiymətlər əsasən yerləşmə, infrastruktur və kommunikasiya imkanlarından asılı olaraq dəyişir. Boyukmillet.com BAKU.WS-yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. AQC sədri əlavə edib ki, paytaxtın mərkəzindən kənar ərazilərdə isə nisbətən daha münasib qiymətə torpaq sahələri tapmaq mümkündür: “Ən ucuz torpaq təklifləri əsasən …
Read More »Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət
Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli pul yığımları, təminat problemləri, sosial sıxıntılar və narazılıqlara görə təzyiqlər barədə danışır. Mənbə bu şəraitdə baş verən intihar hadisələrinin təsadüfi olmadığını iddia edir. İki intihar: Qazax və Yevlaxda özünə atəş açma xəbərləri Anonim mənbənin Meydan TV-yə bildirdiyinə görə, 2026-cı il 2 yanvar tarixində DSX-nin Yevlax …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar