Cümə axşamı , 25 Aprel 2024

Cəmiyyət

Dövlət Xidməti: “İri market şəbəkələrində çörək ucuzlaşıb”

Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Bu, Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlərin nəticələrinə əsasən müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti …

Read More »

Yardımlı rayonunun 5 kəndindən qatılan sakinlərin eyni istəyi “Açıq mikrofon”da bəlli oldu

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Yardımlı rayonunda təşkil olunub. Boyukmillet.com xəbər verir ki, bu dəfəki aksiyada ümumilikdə 14 müraciət ünvanlanıb ki, bunların da 12-si 5 kəndin qazlaşdırılmasını əhatə edib. Qazlaşdırılması istənilən kəndlər Dəryavar, Arnava, Avur, Osnakəran və Nisəqala kəndləridir. Aksiyada ünvanlanan digər 2 müraciət isə abonentlərin payına düşüb. Urakəran kənd sakini Təbriz Cahangirov fərdi yaşayış evinin önündən keçən qaz …

Read More »

Ədliyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib. Əvvəlcə xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Boyukmillet.com xəbər …

Read More »

Ədliyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib. Əvvəlcə xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.Qəbulda hər bir …

Read More »

Azərbaycanda qadınların sayı açıqlanıb

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 …

Read More »

Şirvan şəhərinin abonentlərinin müraciətlərini RQİİ-nin rəhbər şəxsləri qeydiyyata aldılar

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Şirvan şəhərində keçirilib. Boyukmillet.com xəbər verir ki, ənənəyə uyğun olaraq Salyan RQİİ-nin rəisi Azər Musayev çıxış edərək tədbiri açıq elan edib. A. Musayev abonentlərin müraciətləri sayəsində qaz təchizatındakı problemləri aşkara çıxarmağın daha asan olduğunu bildirib. Bu məqsədlə mikrofonu aksiya iştirakçılarının ixtiyarına verib. Natəvan Əliyeva fərdi yaşayış evinin önündə qapı keçidinin quraşdırılmasını xahiş edib. …

Read More »

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib. Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib. Təbrik …

Read More »

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (06-07.03.2023 və 10.03.2022) daha 2 rayon və 1 şəhərdə “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Şirvan şəhərində (İstiqlaliyyət prospekti 10, İcra Hakimiyyətinin yanı), 2-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş …

Read More »

Tovuz “ASAN xidmət” mərkəzində 875 minə yaxın müraciət qeydə alınıb

Boyukmillet.com xəbər verir ki, Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 mart 2020-ci il tarixində baş tutub. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD mərkəzi, “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, ”ABAD məktəb” təlim mərkəzi, ASAN Hərbi Vətənpərvərlik Mərkəzi, ASAN Kafe fəaliyyət göstərir. Tovuz regional “ASAN xidmət” mərkəzi 4 may 2020-ci il tarixində …

Read More »

Bakıda “Bravo”da atışma olub

Bakıda “Bravo” Supermarket Şəbəkəsində atışma olub. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.  

Read More »