Çərşənbə axşamı , 4 Mart 2025

Cəmiyyət

TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur

“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O qeyd edib ki, əgər nəsə yeni qərar olsa ictimaiyyətə açıqlanacaq. R.Bayramlı əlavə edib ki, yoluxma …

Read More »

Günnütdən qələbəyə gedən yol – FOTOLAR

2018-ci ilin may ayında Naxçıvan Dövlət Televiziyası ölkəyə və bütün dünyaya yayılan xoş bir xəbəri tamaşaçılarına çatdırdı-Günnüt kəndi düşmən nəzarətindən azad edilib!  İsti bir yaz günündə göydə qəfil çaxan ildırım effekti yaradan bu xəbəri çatdıran televiziya əməkdaşlarının sırasında mənim də adım vardı. Əlbəttə qürur duyulası bir haldır. Amma daha çox qüruru bu uğurlu əməliyyatı düşünən və həyata keçirənlərlə duymaq lazımdır. …

Read More »

Azərbaycanın könüllülər hərəkatının beynəlxalq könüllülər hərəkatına inteqrasiyası gücləndirilməlidir

Məlumdur ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında ölkədə “Könüllülər İli” elan edilib. Ötən müddət ərzində istər dövlət, istərsə də qeyri-dövlət müəssisələri, ictimai təşkilatlar tərəfindən kpnüllülıər qruplarının formalaşdırılması, yaradılması bu prosesə təkan verib, onun səmərəliliyini artırıb. Məhz bu kimi təşəbbüslər və yaradılan könüllülər qruplarının pandemiya dövründə nə qədər səmərəli fəaliyyət göstərdiyinin şahidinıə çevrildik. Artıq Azərbaycanda …

Read More »

Azay Quliyev QHT-ləri ECOSOC-a üzv olmağa çağırıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yardımı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “BMT yanında Məşvərətçi Status: QHT lər üçün imkan və faydalar ” mövzusunda videokonfrans keçirib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev videokonfransda çıxış edib. Azay Quliyev bildirib ki, BMT ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. …

Read More »

Muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək”.Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub. Bu gün torpaq mülkiyyətçiləri və …

Read More »

Bu mövzular QƏBUL İMTAHANLARINDAN çıxarıldı

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular açıqlanıb. 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb. Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinə qəbul …

Read More »

“Nəsimi bazarı” tarixə qovuşdu – Bazarın yerində nə tikilir ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun  olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli …

Read More »

Türk Hava Yolları uçuşa başlayacağı tarixi açıqladı – YENİ ŞƏRTLƏR var

Türk Hava Yolları (THY) daxili və xarici uçuşlara nə zaman başlayacağını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, THY İdarə heyətinin rəhbəri İlker Aycı daxili uçuşların 4 iyunda, beynəlxalq uçuşların isə 10 iyunda başlayacağını açıqlayıb. Sərnişinlərin baqajları üçün dəyişikliklər var: “Sərnişinlərimizin gətirdiyi kabinə baqajları artıq salonda aparılmayacaq. 8 kiloqramlıq kabin baqajı təyyarədəki baqaj ehtiyatına əlavə ediləcək. Çanta kabinədə aparıla bilər “.

Read More »

Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? – RƏSMİ CAVAB

“Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələ ki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər”. Bunu  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adı çəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir: “Amma növbəti …

Read More »

Vətəndaş cəmiyyətinin pandemiya sınağı

Azərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdən indiyədək bir çox ağır kataklizmlərdən keçib: torpaqlarımızın işğalı, vətəndaş müharibəsi təhlükəsi, terrorçuluqla mübarizə, dövlət çevrilişi və xarici siyasi müdaxilə cəhdləri, iqtisadi böhran və s. 2020-ci ildə ölkəmizin üz-üzə qaldığı bənzərsiz qlobal infeksiya olan koronavirus (COVID-19) təhlükəsi isə bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da tamami ilə yeni situsiya yaratdı. 2019-cu ilin dekabr ayında Çinin …

Read More »