Bazar , 11 Yanvar 2026

Cəmiyyət

Gürcüstanın baş naziri koronavirusla bağlı əhaliyə müraciət etdi

“Gürcüstanda koronavirusla bağlı təşvişə heç bir əsas yoxdur”. Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. O deyib ki, ötən gün yaradılan koordinasiya qrupu vəziyyəti tam nəzarətdə saxlayır. Baş nazir qeyd edib ki, hökumətin qərarı ilə ötən gün İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb.

Read More »

Türkiyə vətəndaşı Bakı aeroportunda öldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib. Boyukmillet.com-un xəbərinə görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib. Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib. Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.

Read More »

Koronavirusa yoluxan şəxslə taksidə gələnlər Azərbaycanda xəstəxanaya yerləşdirildi

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze koronavirusa yoluxan şəxslə bağlı açıqlama verib. Boyukmillet.com Sputnik Gürcüstan-a istinadla xəbər verir ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib. …

Read More »

Gəncədə Xocalı faciəsinin qurbanlarının 28-ci ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib

Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də baş tutan ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan …

Read More »

Türkiyədə yaşayan həmyerlimiz Xocalı soyqırımının qurbanlarını belə andı – VİDEO

Türkiyədə yaşayan həmyerlimiz Rauf Adıgözəlli Xocalı soyqırımının qurbanlarını özünəməxsus formada anıb. Boyukmillet.com xəbər verir ki, o, sərt qış ayında baş verən soyqırımın 28-ci ildönümündə Türkiyədə – Marmaris dənizinin sahilində faciənin qurbanlarına Allahdan rəhmət diləyərək, soyuq havada dənizdə üzüb… Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin …

Read More »

Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-dən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu …

Read More »

Bişkekdə Xocalı qurbanları anıldı

Boyukmillet.com-un məlumatına görə bu gün Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində “Dünya Azərbaycanlıları və digər türkdilli xalqları iffifaqı”nın, “türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qırğızıstan azərbaycanlıların əlaqələndirmə mərkəzinin birgə təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi. Anım Tədbirində Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin geniş oxucu kütləsi iştirak edirdi. Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva çıxış edərək Azərbaycanın …

Read More »

Bakıda qanunsuz fəaliyyət göstərən sexlərdə reyd keçirildi

Boyukmillet.com xəbər verir ki Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər – Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib. …

Read More »

Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırdı – VİDEO

Kiyev şəhərində bir kişi etiraz olaraq Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxs yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, vətəndaş bu addımı torpaq məsələsinə görə atdığını bildirib. Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Administrasiyasının qarşısında tibb işçilərinin aksiyası keçirilir. İnsidentin bu aksiya ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb.   https://twitter.com/i/status/1232629509612023809

Read More »

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirildi

Boyukmillet.com məlumatına görə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, onlara faciəyə həsr olunan …

Read More »