Çərşənbə , 8 May 2024

Cəmiyyət

Hərbi hissədə bədbəxt hadisə – 2 hərbçimiz həlak oldu, 1 yaralı

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, …

Read More »

Hərbi hissədəki bədbəxt hadisə ilə bağlı cinayət işi başladı

Bu gün hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə getmişlər. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata …

Read More »

Gəncədə sərxoş şəxs öz evinə od vurub -FOTO

Gəncə şəhərində yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb. Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər …

Read More »

QHT Şamaxıda maarifləndirici görüş keçirib

 “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində sonuncu maarifləndirici görüş 02 iyul 2019-cu il tarixində Şamaxı rayonunda keçirilmişdir. Görüşdə rayonda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər. …

Read More »

Vilayət Eyvazovun yerinə TƏYİNAT – DİN-in yeni I müavini

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub. DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

Read More »

İsmayıl Ağayev : “Ermənilər bu bölgələrdə turizm adı altında diaspor fəaliyyəti aparırlar”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Beynəlxalq Diaspor Mərkəzi (BDM)  və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilib. Qeyd edək ki, son zamanlar Ermənistandan rəsmi şəxşlərin bu bölgələrə səfərlərinin və Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərin mütəmadi hal alması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bununla bağlı Beynəlxalq Diaspor Mərkəzinin …

Read More »

“Dovşan həkimi” AMİP-dən necə qovuldu? – Əli Əliyev haqqında yeni şok sənəd

Doğrudanmı, Azərbaycanda ildə cəmi 200 manat xərcləməklə partiya idarə etmək mümkündür? “Fransanın başına görün kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs”. Bu cümlələrin müəllifi Azərbaycanda qeydiyyatdan keçmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir. O, 26 aprel 2017-ci ildə öz Facebook səhifəsindən fransız xalqına …

Read More »

Azərbaycanın Əməkdar jurnalisti Ukraynada mükafatlandırılıb

Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Qədir Aslan Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının ən yüksək mükafatına layiq görülüb. boyukmillet.com xəbər verir ki, Sumı Vilayət Deputatlar Şurasının son illər bir neçə dəfə ölkəmizdə işgüzar səfərdə olmuş sədri Vladimir Tokar və Vilayət Administrasiyasının rəhbərliyi səfərin Azərbaycan mediasında yüksək səviyyədə işıqlandırılmasını, ümumiyyətlə, Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı jurnalistika fəaliyyətini nəzərə …

Read More »

“İndicə Musa Yaquba zəng vurdum…” – Sabir Rüstəmxanlı

“İndicə Xalq şairi Musa Yaquba zəng vurdum. Səsi gur və saglam idi”. boyukmillet.com xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı açıqlama yayıb. Və bununla da M.Yaqubun vəfat etməsi xəbəri təkzib olunub: “Yenə ənənəvi sualını verdı: Bə nə vaxt gəlirsən? Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. ” Bu istidə niyə …

Read More »

Azay Quliyev yenidən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri seçilib

ATƏT Parlament Assambleyasının (PA) 28-ci illik sessiyası çərçivəsində keçirilən İpək Yoluna Dəstək Qrupunun 6-cı iclasında Azay Quliyev yenidən qrupun sədri seçilib. boyukmillet.com xəbər verir ki, bu barədə A. Quliyev rəsmi “Twitter” səhifəsində bildirib. Filippo Lombardi və Stefana Miladinoviç isə İpək Yoluna Dəstək Qrupunun sədr müavinləri seçiliblər.  Məlumata görə, görüşdə həmçinin İpək Yoluna Dəstək Qrupunun gələcək fəaliyyəti və tədbirləri müzakirə edilib. 

Read More »