Çərşənbə , 8 May 2024

Cəmiyyət

Bakıda azərbaycanlı və ərəblər arasında dava – Video

Bakıda ərəb turistlə azərbaycanlı arasında dava baş verib. boyukmillet.com Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb. Əraziyə mühafizə polisi cəlb olunub. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır. Sözügedən videonu təqdim edirik: https://bax.tv/video/67503.html#t=0

Read More »

Qarpızın zəhərli olduğunu göstərən amillər – MÜTLƏQ ƏMƏL EDİN

Yay mövsümündə insanlar sərinləşdirici kimi ya içkilərdən (su, ayran və s.) ya da soyuducudan çıxarılmış meyvələrdən istifadə edirlər. Bunlar arasında bostan bitkisi sayılan qarpıza tələbat daha çox olur. İçərisi qırmızı rəngli və tumlu olan bu sulu qida daha çox sərinləşdirici kimi istehlak edilir. Təəssüf ki, böyükdən kiçiyə hər kəsin sevərək yediyi qarpızdan zəhərlənənlərin sayı da az deyil. Zəhərlənmənin əsas səbəbi …

Read More »

Naxçıvan televiziyası Günnüt zəfərinin bir illiyi münasibətilə film hazırladı – VİDEO

Bir il bundan öncə həyata keçirilən  Günnüt əməliyyatı ordumuzun böyük qələbəsidir. Bu əməliyyatla 1992-ci ildən düşmən nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar torpaq sahəsi, eləcə də mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Ali Məclis Sədrinin birbaşa rəhbərliyi ilə dəqiqliklə məntiqi sonluğa çatdırılan Günnüt əməliyyatı ilə Azərbaycanın yeni tarixinə daha bir parlaq səhifə yazıldı! 3 iyul …

Read More »

Diaspor rəhbərinin oğlunun həbsindəki müəmmalar

Samur Sərhəd-Keçid Məntəqəsində Dağıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizovun avtomobilindən tapılan patronlar əslində kimindir Ümummilli lider Heydər Əliyev bir zamanlar Azərbaycan diasporunu millətin qol-qanadı adlandırırdı. Çox təəssüf, bu gün Azərbaycan sərhədində həmin qanadlara dəstək vermək əvəzinə, onları qırmaqla məşğul olanlar da var. Rusiyada yaşayan soydaşlarımızın bir çoxu Azərbaycan sərhəd-keçid məntəqəsində onlara süni problemlər yaradıldığından şikayətçidirlər. …

Read More »

Şura QHT-ləri təlimə dəvət edir!

qhtxeber.az  Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün “Layihələrin idarə edilməsi və hesabatlıq” mövzusunda təlim təşkil edəcək.  Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 10 iyul 2019-cu il tarixədək [email protected] ünvanına elektron qaydada müraciət edə bilərlər. Müraciətdə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir. Təlimin vaxtı və yeri barədə əlavə məlumat veriləcək. Əlavə məlumat …

Read More »

‘‘Anka’’ Azərbaycan Rəqs və Sənət Klubunun rəhbərliyi Fəthiyyə bələdiyyə sədrini Qarabağ prospekti ilə bağlı ziyarət edib

Türkiyənin Ankara şəhərində yerləşən “ANKA” Azərbaycan Rəqs və sənət klubu seçildikdən sonra Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli bir işə imza atan Fəthiyyə bələdiyyə sədri Alim Korkmazı ziyarət edib. __ xəbər verir ki, bu barədə saytımızın əməkdaşına adı çəkilən klubun rəhbəri, Türkiyə Xalq Rəqsləri Federasiyasının, eyni zamanda Dünya Rəqs və Dünya Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Derya Akdemir məlumat …

Read More »

Növbədənkənar parlament seçkisi ehtimalı – iyulun 10-nu gözləyək

İyulun 10-dan sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan ediləcəyi gözlənilir. Konkret.az saytının yazdığına görə, bu barədə redaksiyaya etibarlı mənbədən məlumat verilib. Sayt yazır ki, artıq bir sıra ictimai birliklərə, xüsusilə Bakı Kəndlər Birliyinə bununla bağlı təlimat daxil olub. Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti …

Read More »

Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür

İyulun 2-si Azərbaycanda Polis Günüdür. boyukmillet.com xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu …

Read More »

Müsadirə edilmiş “Kent” siqaretləri Bakıda necə satılır?-FOTO

Bakıda üzərində “Müsadirə” sözü yazılaraq , möhür vurulmuş “Kent” markalı siqaretlər satılır. Azinforum.az-ın əməkdaşları köşklərdə 3 manat 30 qəpiyə satılan həmin siqaretlərdən əldə edə bilib. Maraqlı olan budur ki, əlaqədar dövlət qurumları tərəfindən müsadirə edilən siqaret necə satışa çıxarıla bilir? Ekspertlər hesab edirlər ki, həmin möhür iki qurum tərəfindən vurula bilər: Vergilər Nazirliyi və Gömrük Komitəsi. Hər halda, əlaqədar qurumlar …

Read More »

“Qrant verən nazirliklər “SƏLİS xidmət” proqramından yararlanmalıdır” – Aqil Camal

“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən tətbiq edilən “SƏLİS xidmət” proqramı Şuranın qrant müsabiqələrində iştirak edən və müsabiqə qalibi olan QHT-lər tərəfindən böyük rəğbətlə qarşılanıb”. Bu fikirləri “Ortaq Dəyərlər” İctimai Brliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal bildirib. QHT sədrinin sözlərinə görə, istər Şuranın müsabiqəsinə layihə təqdim edilməsində, layihələrin qiymətləndirilməsində, istərsə də …

Read More »