Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanda qəlyan QADAĞAN OLUNDU – qadağanı pozanları hansı cəza gözləyir? – RƏSMİ

Azərbaycanda koronavirusa görə qəlyandan istifadə rəsmən qadağan edilib.

Bu barədə ötən gün Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Bir çox obyektlərdə bu qadağaya əməl edilsə də, hələ də menyusunda qəlyan təklif edən müəssisələr də var.

Bəs bu qadağalara necə nəzarət edilir?

Nazirlər Kabinetindən bildirilib ki, bu qadağaların icrasına nəzarət müvafiq qurumlara tapşırılacaq. Hələlik isə bununla bağlı hansısa quruma tapşırıq verilməyib.

Lakin ehtimal edilir ki, bu məsələyə nəzarət Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə olunacaq.

Qadağanın icrasına gəlincə, polis və AQTA əməkdaşları qəlyan çəkmə hallarına rast gəldikdə qanun çərçivəsində ölçü götürəcəklər.

Polis xidmət göstərdiyi yer üzrə ərazidə fəaliyyət göstərən obyektdə qanun pozuntusu aşkar etdikdə sahibkar barəsində müvafiq ölçülər götürəcək.

Qərar dünən çıxdığı üçün hələlik bu sahədə nəzarət tam formalaşmayıb. İndiyə qədər də yoxlamalar zamanı hansısa qayda pozuntusuna rast gəlinməyib.

Qeyd edək ki, mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Eyni zamanda Koronavirus (COVİD-19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

****

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Koronavirus (COVİD – 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …