Cümə axşamı , 2 May 2024

Cəmiyyət

Noyabrın 8-də Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

8 noyabr – Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub: “Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na …

Read More »

Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq. Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.

Read More »

Azərbaycanda vərəsəlik şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu dəyişdirilir

Azərbaycanda müqavilə üzrə əmlakın ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçməsinə görə dövlət rüsumu 20 manatdan 25 manata dəyişdirilir. Boyukmillet.com xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb. Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, dəyəri 2 000 manatdan 5 000 manat qədər olan kredit müqavilələrinin təminatı kimi girov müqaviləsinin bağlanılmasına görə …

Read More »

Bu gündən Bakıdan regionlara sərnişindaşımada II doza peyvənd tələb olunur

Bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. …

Read More »

Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinin nümayəndələri, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidin atası Arif Hümbətov deyib ki, şəhid oğlunun vətənpərvərliyi, cəsurluğu simasından oxunurdu: “Azad tank tağımı komandiri idi. O, həyatını təhlükəyə ataraq …

Read More »

Saatlı rayonunda şəhidlərimizin Anım günləri keçirilib, şəhid ailələri ziyarət edilib

Oktyabrın 21-də Saatlı rayonunda Vətən Müharibəsi şəhidləri – rayonun Qara Nuru kəndindən şəhid Sultanov Zaminəli Nazim oğlunun və Cəfərxan kəndindən şəhid Həsənov Neymət Süleyman oğlunun il mərasimləri keçirilmişdir. Mərasimlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Əziz Ələkbərli, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Mərasimdə iştirak edənlər şəhidlərin ailə üzvləri …

Read More »

Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev Badamdartdakı qonşularının evinə aparan yeganə yolu darmadağın edib – Videoreportaj

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində torpaq mülkiyyətçiləri olan Məhərrəm Məmmədov, Şixəli Məmmədov və Aqil Qurbanəliyev Azinforum.az saytına müraciət edib bildirirlər ki, həmin ərazidə onlarla qonşu olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev səlahiyyətindən və cəmiyyətdəki üstün mövqeyindən istifadə edərək, onların evlərinə gedən yolu tamamilə dağıtdırıb. Şikayətçilər bildirirlər ki, onlar faktiki olaraq tikdikləri qanuni çıxarışla …

Read More »

Azərbaycan Texnologiya Universitetində xaos…

Bir universitetin iki rektoru var və ya yarım ştat işləyən “rektor” Azərbaycan Texnologiya Universitetində (ATU) aylardır hökm sürən xaotik idarəetmə hər kəsi təngə gətirsə də, mövcud problemləri açıq şəkildə söyləyən əməkdaşlar rektor və oğlu Şamil Süleymanov tərəfindən ciddi təqiblərə, təhditlərə məruz qalır, ya da işdən çıxarılırlar.  Qeyd edək ki, bu ilin ilk aylarında insult keçirən Rektor işdə  olmadığı müddətdə, onun …

Read More »

Vahid əlaqələndirmə mərkəzlərinə 2100-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 2 119 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 207 şəxs) müraciət edib. Boyukmillet.com xəbər verir ki, ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir: – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi …

Read More »