Cümə , 29 Mart 2024

Cəmiyyət

Azərbaycanlıların Almaniyadan növbəti kütləvi deportasiyası gözlənilir

Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir. Boyukmillet.com xəbər verir ki, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər. Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya …

Read More »

Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciət edib

Daxili İşlər Nazirliyi antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı …

Read More »

Milli Mətbuat Günü-nə həsr olunmuş tədbir

Bu gün Azərkitabda, Respublika Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayevanın təşkilatçılığı, Modelyer Fəxriyyə Xələfovanın təşəbbüsü ilə MİLLİ MƏTBUAT GÜNÜ”- nə həsr olunmuş “Sahibkar qadınların fəaliyyətinin inkişafında medyanın rolu” mövzusunda möhtəşəm tədbir keçirildi. Qeyd olundu ki, sahibkar qadınlarla qadın medya mənsublarının belə tədbiri olmamışdı. İlkə imza atam lider xanımların bu təşəbbüsü tədbir iştirakçılarının alqışları ilə qarşılandı.Tədbirdə Z. Ağayeva, F.Xələfova, tədbirin məqsədi, …

Read More »

DİN toylarla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) toylarla bağlı vətəndaşlara xəbərdarlıq edib. DİN-in Mətbuat xidmətindən daxil olan xəbərdarlıqda deyilir: “Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər …

Read More »

Türkiyədə yaşayan azərbaycanlı məcburi köçkünlərin hüquqi statusu rəsmiləşdiriləcək

Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək Boyukmillet.com-un xəbərinə görə, 1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, …

Read More »

Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedə bilər

“Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib. Boyukmillet.com təşkilatın saytına istinadən xəbər verir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur. Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb. Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız …

Read More »

İyulun 14-15-də qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-15-də keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Mərkəzdən  bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qeyd olunub ki, DİM tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, …

Read More »

Gənclər Təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir. Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni …

Read More »

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar – SİYAHI

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb. DİM-dən bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək. Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak …

Read More »

Müəllimlərin işə qəbulu imtahanlarına start verilir

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir. Təhsil Nazirliyindən verilən məlumata görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. 19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə …

Read More »