Bazar ertəsi , 15 Aprel 2024

Cəmiyyət

Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

Ötən gün 2218 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, iyulun 26-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Read More »

DYP hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. BDYPİ-dən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə …

Read More »

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, siyahı aşağıdakı kimidir: Kommunal sahə üzrə: elektrik enerjisi, qaz, istilik ilə təchizat;su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;tullantıların yığılması, emalı və məhv edilməsi. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə: dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə …

Read More »

Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək

Sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib. Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu …

Read More »

Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb

Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən …

Read More »

Şəhid oğluna Şuşa Rayon Polis Şöbəsində vəzifə verilib

Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsi zamanı “Daşaltı əməliyyatı”nda şəhid olan Nazim Məhərrəmovun oğludur.

Read More »

Milli mətbuatın keçdiyi şərəfli yol

146 yaşın mübarək olsun! Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin 146 yaşı tamam olur. Qəzetin ilk nəşrə başladığı 22 iyul tarixi, ölkəmizdə 1991-ci ildən Milli Mətbuat Günü kimi qeyd olunur.“Əkinçi”- nin 1875-1877 ilədək 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az …

Read More »

Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti artırıldı

Azərbaycanda ictimai nəqliyyatın həftəsonu fəaliyyəti avqustun 30-na kimi dayandırılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat …

Read More »

“Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib – VİDEO

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir “Fire Land Production”nın təşkilatçılığı və Fairmont Baku “Flame Towers” Azərbaycan Boks Federasiyası və Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutub. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə iştirakçılar əvvəlcə 2-ci Fəxri Xiyabana gedərək, şəhid məzarlarını ziyarət edib. Məzarların üzərinə gül dəstələri …

Read More »

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günü münasibəti ilə anım tədbiri keçirilib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi(İSBAM) “Yevlax Gənclər Evi” SXM ilə birgə Şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günü münasibəti ilə anım tədbiri keçirib. Boyukmillet.com xəbər verir ki, Yevlax rayon Şəhidlər Xiyabanında Şəhid Soltan Məmmədovun məzarı ziyarət edilmiş,məzarı üstünə gül çələngi qoyulmuş,dualar edilmişdir. Şəhidlər Xiyabanında rayon ictimaiyyətinin nümayəndələri,Şəhidin ailə üzvləri və media təmsilçiləri iştirak etmişlər. Daha sonra Şəhidin ailəsi ziyarət edilmiş,onlara …

Read More »