Bazar , 28 Aprel 2024
Drone Cameras

Fərhad Bədəlbəyli telekanalları yıxdı-sürüdü: “Verilişlərə baxanda adam utanır”

Telekanalların proqram siyasəti məsələsi olduqca vacib məsələ və problemdir. 

Boyukmillet.com xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib. 
“Mən istəməzdim ki, proqramların 90 faizi əyləncə motivli olsun.

Heç olmasa, bunların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq”, – o əlavə edib./yenilik.az

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …