Bazar ertəsi , 13 May 2024
Drone Cameras

İcma sədri: Biz öz tarixi torpaqlarımıza qayıdacağıq və bunun alternativi yoxdur

Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Bunun alternativi yoxdur və bizim toponimlərimizin əvvəlki adı qaytarılmalıdır. Bu, sosial sifariş və o torpaqlarda yaşayan vətəndaşlarımızın insani hüququdur.

Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə bildirib.

“Əsas vəzifəmiz tarixi izlərin bərpasıdır”, – deyən Ə.Ələkbərli Qayıdış Konsepsiyasının 5 bənd və 10 yarımbənddən ibarət olduğunu diqqətə çatdırıb.

İcma sədri bu konsepsiyanın həyata keçirilməsində birliyin, həmrəyliyin əhəmiyyətini vurğulayıb.

Check Also

ASAP Almaniyada konfrans keçirib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi …