Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Boyukmillet.com xəbər verir ki, “Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda qeyd olunub.
Read More »İki şirkət AQC-dən xaric olundu – Müvafiq qurumlara müraciət olunacaq
Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olmasına dair saxta sənədlər hazırladığına, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaratdığına və bununla da AQC-nin nüfuzuna ciddi xələl gətirdiyinə görə, “Unprice MMC” və “Koral MMC” Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib. Boyukmillet.com xəbər verir ki, AQC-nin İdarə Heyəti adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aiddiyatı dövlət qurumlarına …
Read More »Azərbaycanda general-mayor vəfat etdi
Daxili işlər nazirinin sabiq müavini, general-mayor Kamil Məmmədov vəfat edib. Boyukmillet.com xəbər verir ki, K.Məmmədov bu gün səhər saat 4 radələrində dünyasını dəyişib.
Read More »Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
Ədliyyə Nazirliyinin kadr korpusunun möhkəməndirilməsi tədbirləri çərçivəsində yerli qurumlarda vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 11-də növbəti qrup namizədlərlə test imtahanı keçirilib. Boyukmillet.com xəbər verir ki, test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin təxminən yarısı bölgələrin təmsilçiləri və əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlardır, hər …
Read More »Azərbaycanda həftənin bazar günləri avtomobilin parklanması pulsuz olacaq
Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb. Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə …
Read More »Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır
Sabahdan, iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır. Boyukmillet.com xəbər verir ki, Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və …
Read More »DYP hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) hava ilə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə yağış yağacağı, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı bildirilir. “Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə …
Read More »“Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib
İyunun 16-da Ədliyyə Nazirliyinin, Sosial Tədqiqatlar Mərkəzinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə təşkilatçı qurumların aidiyyəti məsul şəxsləri, İnsan hüquqları üzrə Müvəkkil, Milli Məclisin deputatları, Hüquq və İnsan Haqlarının İnstitutunun …
Read More »Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Göygöl rayonunda təşkil olunub. Boyukmillet.com xəbər verir ki, aksiyada bu dəfə müraciətləri həllini tapan abonentlər də iştirak edib. Onlar operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə minnətdarlıqlarını ünvanlayıblar. Səslənən digər müraciətlər isə Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.
Read More »Xüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarını pozanlarla bağlı yeni cərimələr müəyyənləşir – SİYAHI
Xüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir. Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulmasına görə aşağıdakı cərimələr nəzərdə tutulur: – Buraxılış …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar