Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

İlham Əliyev: “Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik”

Özünü “prezident” adlandırmış üç təlxək bax, burada (Xankəndidə – red.) oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib. “Çünki bilirdik ki, biz buraya gələcəyik. …

Read More »

Yurduna qayıdan Füzuli sakini: “35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”

“Sevinə-sevinə gedirik öz torpağımıza. 35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”. Bunu “Report”a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəşid Abbasov deyib. Füzuli sakini Azərbaycan Prezidenti İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib: “Öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımızın rəhbərliyi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu, bizə də bu günləri …

Read More »

Baş prokuror Gəncə şəhərində səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, baş prokuror səfər çərçivəsində ilk olaraq şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül qoyub. Kamran Əliyev daha sonra, Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib. Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin …

Read More »

DİN: “Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır”

“Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir: “Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata …

Read More »

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, hazırda həmin bölgədə “AzStateNet” şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir. Qeyd olunub ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti …

Read More »

Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış …

Read More »

Türk Dövlətlərinin Diaspor Gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Türk Dövlətlərinin Diaspor Gəncləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Boyukmillet.com xəbər verir ki, diaspor gəncləri Ulu Öndərin məzarını ziyarət edərək abidə qarşısına əklil və gül dəstələri qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərin məzarı qarşısına gül dəstələri düzülüb və onların əziz xatirələri …

Read More »