Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

Ucarda şəhid bulağının açılışı olub

Ucarda Birinci Qarabağ müharibəsi şəhidləri Nuriyev Şöhrət Telman oğlu və İsmayılov Natiq Hacıbala oğlunun xatirəsinə inşa olunmuş ehsan bulağının açılışı olub. Boyukmillet.com xəbər verir ki, bulaq hər iki şəhidin ailəsinin şəxsi vəsaiti hesabına rayonun Əlikənd kəndində inşa olunub. Tədbirdə ilk öncə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər …

Read More »

Ombudsman: “Beynəlxalq təsisatlar cinayətkarları məhkəmə qarşısına çıxarmalıdır”

“Müasir dünyada insan, o cümlədən qadın hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bunlar dövlət siyasətinin əsas istiqamətlərindən birdir. Ombudsman təsisati müstəqil, insan hüquqlarını qoruyan bir institutdur”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda paneldə deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycanın üzləşdiyi …

Read More »

Nazir: “Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi davam etdiriləcək”

“Ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qloballaşma və artan bərabərsizliklər” adlı paneldə deyib. Onun sözlərinə görə, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır: “Cəmiyyətin dəyərlərinə də biz diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik …

Read More »

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir …

Read More »

Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 16-da Bərdədə, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda Bərdə və Tərtər rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər. Qəbula gələnlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid …

Read More »

Leyla Əliyeva IUCN və WWF International təşkilatlarının rəhbərləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı …

Read More »

Prezident: “Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram”

“Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. “Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik”,- Prezident vurğulayıb.

Read More »

Azərbaycan dövləti xaricdə patentləşdirilən ixtiranın xərclərinin yarısını ödəyəcək – FƏRMAN

Azərbaycan vətəndaşlarının xaricdə patentləşdirdiyi ixtiranın xərclərinin yarısı dövlət tərəfindən qarşılanacaq. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması …

Read More »

UNUTMADIQ, UNUTMAYACAĞIQ, UNUTDURMAYACAĞIQ! – Nizami Kino Mərkəzində “Torpaq filminin təqdimatı oldu”

Dünən – iyunun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasının Ayaz Salayevin müəllifliyi və rejissorluğu ilə istehsal etdiyi “Torpaq” sənədli filminin təqdimat mərasimi keçirildi. Təqdimatda hökumət rəsmiləri, Milli Məclisin deputatları, kino, teatr və mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti nümayəndələri, alimlər, ziyalılar, diaspor, media, yaradıcılıq qurumları təmsilçiləri, Qərbi Azərbaycan İcmasının üzvləri və b. …

Read More »

Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda konfrans keçirilir. Boyukmillet.com-un xəbərinə görə, konfransda Azərbaycan Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda …

Read More »