Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

Azərbaycanı digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır

Böyük dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqı zəngin mədəniyyətini, adət-ənənələrini və ədəbiyyatını daim yaşadaraq inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan …

Read More »

Prezident Bahar Muradovanı təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Read More »

MSK-ya hesabat təqdim edən partiyaların sayı 24-ə çatıb

Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, indiyədək qeydiyyatda olan 58 partiyadan 24-ü illik maliyyə hesabatını MSK-ya təqdim edib. Bunlar aşağıdakılardır: Yeni Azərbaycan Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Ümid Partiyası Müsavat Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Cəbhə Partiyası (MCP) “Milli Vəhdət” Partiyası Böyük Azərbaycan Partiyası …

Read More »

Kamran Əliyev rayon prokurorunu vəzifəsindən azad edib

Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorunu işdən çıxarıb. Boyukmillet.com xəbər verir ki, K.Əliyevin müvafiq əmri ilə Salyan rayon prokuroru Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub. Məlumata görə, hələlik bu vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edən edən F.Nemətli əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokurorluğu …

Read More »

Azərbaycan lideri: “İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir”

“Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir”. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb. “İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi …

Read More »

Prezident Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərini açıqlayıb

“Biz uzun illər – 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul …

Read More »

İlham Əliyev: “Güləş Federasiyasında özbaşınalıq hökm sürürdü”

“Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib. “Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş …

Read More »

Baş nazir: “Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”

“Prezident hökumət qarşısında yeni vəzifələr və tapşırıqlar qoyub”. Boyukmillet.com -un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və struktur dəyişikliyinin sürətləndiilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması, rəqəmsal inkişafın inkişafı və s. kimi məsələlər …

Read More »