İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN …
Read More »İranla sərhəd ərazilərdə radiasiya artmayıb – BİRGƏ MƏLUMAT
Azərbaycanın cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvanda xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə keçirilən müayinələr bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması hallarının qeydə alınmadığını göstərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə məlumat yayıb. Məlumata əsasən, İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə …
Read More »ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir. “Report”un Cənub bürosunun məlumatına görə, gün ərzində kiçik qruplar şəklində xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir. Bir qədər əvvəl də 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait …
Read More »DTX-nin əməliyyatı ilə saxlanılan Qaxın icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Səbail rayon Məhkəməsində keçirilən prosesdə verilib. Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə …
Read More »Prezident İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır
Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb. “Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət …
Read More »İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.
Read More »DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə səhifələrində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşılıb. Boyukmillet.com xəbər həmin videonu təqdim edir.
Read More »Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə …
Read More »Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb. Boyukmillet.com xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında …
Read More »Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamda qeyd edilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
