Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

Səbinə Əliyeva: “Ombudsman Aparatı ilk dəfə Naxçıvanda seçkini müşahidə edəcək”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Naxçıvan Muxtar Respublikasında ilk dəfə seçki prosesini müşahidə edəcək. Bunu Naxçıvanda səfərdə olan Ombudsman Səbinə Əliyeva “Report”un yerli bürosuna açıqlamasında deyib. O bildirib ki, Prezident İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzaladığı gündən etibarən Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası birgə hazırlıq işlərinə stat verib. S.Əliyevanın sözlərinə görə, bu məqsədlə Bakı …

Read More »

Şuşada növbədənkənar Prezident seçkilərində mindən artıq seçici səs verəcək

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək. Bunu “Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşına 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib. O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkiləri günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi …

Read More »

Prezident İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq edib

Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməlidir. İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır: 1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri; …

Read More »

Bir qrup gəncə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib – SİYAHI

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla mükafatlar aşağıdakı şəxslərə verilib. Abdullayeva Gülnar Rizvan qızı Ağamirova Rəvanə Seymur qızı …

Read More »

Çexiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Nikaha daxil olma, vətəndaşlıq vəziyyəti və adın dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edilib

Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında”, “Adın, ata adının və soyadın …

Read More »

Azad olunmuş Füzuli şəhərində 5 mindən çox seçici səsvermə hüququndan istifadə edəcək

7 fevral növbədənkənar prezident seçkilərində azad olunmuş Füzuli şəhərində ümumilikdə 5 619 nəfər seçici səsvermə hüququndan istifadə edəcək. Bu barədə “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına 84 saylı Füzuli dairə seçki komissiyasından məlumat verilib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli …

Read More »

Vilayət Eyvazov Saatlıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 22-də Saatlı Rayon Polis Şöbəsinin inzibati binasında Sabirabad, Beyləqan, İmişli, Saatlı, Füzuli və Xocavənd şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 21-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə …

Read More »

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Boyukmillet.com xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” …

Read More »

Yeni islahatlar dövrünün başlanğıcı

Rəqabət Məcəlləsinin qəbulu əhalinin gəlirlilik səviyyəsini yüksəldəcəkPrezident İlham Əliyev yanvarın 23-də “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunu təsdiq edib. Xatırladaq ki, Rəqabət Məcəlləsi ötən il dekabr ayının 8-də Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub və 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minəcək. Yeni məcəllə sağlam rəqabətə xidmət edirAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri …

Read More »