Bazar ertəsi , 26 Oktyabr 2026

Daxili siyasət

MSK sədri siyasi partiyalara çağırış edib

MSK sədri Məzahir Pənahov siyasi partiyalara çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, biz seçkilərdə onların iştirakına sevinə bilərik: “Müraciət edirəm ki, kim arzusundadırsa, iştirak etsin. Onlara bərabər şərait yaradılacaq”.

Read More »

AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi dəstəklənib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib. Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin …

Read More »

AHİK sədri: “Azərbaycan xalqı qalib kimi Prezident seçkilərində iştirak edəcək”

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev xalqın qalib kimi Prezident seçkilərində iştirak edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, AHİK-in növbədənkənar VI qurultayında çıxışı zamanı deyib ki, Prezident seçkiləri ən böyük və əlamətdar tədbirlərdən biridir: “Xalqımız etibarlı idarəçisini müəyyənləşdirir. İnanırıq ki, bu seçkidə də demokratiya qalib gələcək. Çünki Azərbaycan cəmiyyəti sivil və kamil cəmiyyətdir. İnanırıq ki, hakimiyyət sınanmış …

Read More »

Məzahir Pənahov ATƏT missiyasını növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı məlumatlandırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, MSK sədri missiya nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovu salamlayaraq, görüşdən məmnunluğunu bildirib. M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb. O qeyd edib …

Read More »

Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya …

Read More »

Qərbi Azərbaycan Xronikası: “Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Boyukmillet.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni olub. R.Zeyni vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vağudi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi kənddə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. …

Read More »

Azad edilən ərazilərdə vəkil büroları yaradılacaq

Vəkillər Kollegiyası işğaldan azad olunan torpaqlarda vəkil bürolarının yaradılması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Bunu “Report”a müsahibəsində Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda şəhərlər, kəndlər, qəsəbələr salınarkən vəkil qurumlarının yerləşməsi də mütləq nəzərə alınmalıdır: “Çünki əgər hüquq-mühafizə orqanlarının həmin bölgələrdə şəraiti olacaqsa, mütləq vəkil qurumu da olmalıdır. Biz də hazırıq …

Read More »

Bakının Nizami rayonunda avtomobil yolları əsaslı təmir olunacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Prezidentliyə namizədlərin sayı 5-ə çatdı – Adlar

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub. Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.

Read More »