Şənbə , 11 May 2024

Diaspor

Zəfər Qurultayının iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Boyukmillet.com-un xəbərinə görə, Qurultay iştirakçıları daha sonra Şəhidlər xiyabanını və II Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə …

Read More »

Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

“Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı çox böyük siyasi, mənəvi və digər tərəfləri özündə birləşdirən hadisə olacaq”. Şuşa Azərbaycanın təkcə mədəniyyət mərkəzi deyil, həm də siyasət mərkəzidir: “Dünya azərbaycanlılarının burada toplanması ilə bir daha “Şuşa, sən bizimsən” fikri təsdiq olunur. İkincisi, Dünya Azərbaycanlılarının Qurultayının məhz Şuşada keçirilməsi dünya ictimaiyyətinə də bir mesajdır ki, baxın, diqqətlə baxın, Şuşa artıq dünya azərbaycanlılarının …

Read More »

Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb. Boyukmillet.com xəbər verir ki, videoçarxda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərindən, həmin rayonların sakinləri ilə görüşündən görüntülər, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə builki müraciətindən fikirlər əksini tapıb. Bundan əlavə videoçarxda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən müharibəsi dövründə …

Read More »

Gürcüstan Prezidenti bir qrup azərbaycanlı gənclə görüşüb

Tbilisi şəhərində Ana Dili Günü münasibətilə təşkil edilən tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bir qrup nümayəndəsi də iştirak edib. Boyukmillet.com xəbər verir ki, Gürcüstanın Prezident Administrasiyasında baş tutan tədbirin gedişində Prezident Salome Zurabişvili GAİM-in icraçı direktoru Orxan Pirverdiyev və müdavimləri ilə də görüşüb. GAİM-in fəaliyyət istiqamətləri barədə Prezident Salome Zurabişviliyə ətraflı məlumat verilib. Sonra azərbaycanlı gənclər dövlət başçısı ilə …

Read More »

Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.“Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib. Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.Xatırladaq ki, Neftçala rayon sakini olan …

Read More »

Niderland parlamentində Xocalı soyqırımı müzakirəyə çıxarılacaq

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən petisiya Niderland parlamentinin Xarici İşlər Komissiyasına təqdim olunub. Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, bu məqsədlə komissiyanın görüş üçün müraciətinə müsbət cavab verilib. Görüşdə qanunvericilik orqanının Xarici İşlər Komissiyasının sədri Attje Kuiken …

Read More »

Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”. Bunu  açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana …

Read More »

Bu gün 150 azərbaycanlı Odessadan təxliyə olunub

“Bu gün Odessadan 150 azərbaycanlı təxliyə olunub”. Bunu “Report”a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib. O bildirib ki, dünən isə bu şəhərdən 120-yə yaxın şəxs təxliyə olunub: “Bu gün yola saldığımız həmvətənlərimiz Moldova sərhədinə gedib. Orada səfrilik əməkdaşları onları yerləşdirəcək. Burada nəqliyyat vasitəsi tapmaq çox çətindir. Amma müraciət olduqca və müəyyən sayda insan yığıldıqca göndəririk”. Təşkilat …

Read More »

Xarkovdan azərbaycanlıların təxliyəsi bu gün də davam edəcək

“Xarkov Ukraynada ən çox bombalanan şəhərdir. Rusiya ordusu neçə gündür şəhəri fasiləsiz atəşə tutur. Dövlət əhəmiyyətli binalarla yanaşı, bir neçə yaşayış binası da dağıdılıb”. Bunu “Report”a açıqlamasında Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib. O bildirib ki, martın 1-nə qədər Xarkovdan çıxarılanlar əsasən tələbələr idisə, hazırda Ukrayna vətəndaşı olan azərbaycanlıların da təxliyəsi aparılır: “Ötən gün axşama kimi artıq 650 …

Read More »