Cümə , 26 Aprel 2024

Diaspor

Çingiz İsmayılov Moskvada dünyasını dəyişib

MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib. Boyukmillet.com xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub. 1968-1971-ci illərdə …

Read More »

Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsi müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş müxtəlif ölkələrdə yaşayan bir qrup azərbaycanlı elm xadimi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Türkiyə, ABŞ, Yaponiya, Fransa, Almaniya, Estoniya, İsveç, Çin, Rusiya, Meksika, Misir, Myanma, Oman Sultanlığı və Qazaxıstandakı nüfuzlu elm və təhsil ocaqlarında fəaliyyət göstərən görüş iştirakçılarını salamlayan Komitə sədri cəmiyyətimizin fəxri olan …

Read More »

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində deyib. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Zəfər Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair …

Read More »

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb, qətnamə qəbul olunub

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib. Daha sonra …

Read More »

Dövlət Komitəsinin sədri postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələri açıqlayıb

“Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə …

Read More »

Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı bu gün işini davam etdirir. Boyukmillet.com xəbər verir ki, Zəfər Qurultayınının ikinci günündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış edəcəklər. Sonra isə Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək və …

Read More »

Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasın moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev olub. Əvvəlcə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov …

Read More »

Prezident: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq”

“Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, …

Read More »

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Boyukmillet.com xəbər verir ki, Zəfər qurultayı aprelin 23-dək davam edəcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük …

Read More »

Dövlət Komitəsinin sədri dünya azərbaycanlılarına çağırış edib

“Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi”. Boyukmillet.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Dövlət …

Read More »