Şənbə , 11 May 2024

Diaspor

Azərbaycan Fransa Assosiasiyalar Forumunda təmsil olunur

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası Fransa Assosiasiyalar Forumunda iştirak edir. Boyukmillet.com xəbər verir ki, Parisin 15-ci rayonunda baş tutan tədbirdə əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransalılara daha yaxından tanıtmaqdır. Forumda Azərbaycan xalçaları və digər əl işləri, milli şirniyyatlar nümayiş olunur, jurnallar paylanılır və qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılırlar. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının stendini çoxlu sayda qonaqlar ziyarət ediblər. Azərbaycanın stendi ilə yaxından maraqlananlar arasında …

Read More »

Qarabağı ziyarət edən israilli: “Şuşanı görəndə həyacandan nitqim tutuldu”

Azad olunmuş Qarabağa səhayət zamanı Şuşa şəhərini görəndə həyacandan nitqim tutuldu. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Diasporla İş üzrə Dövlət Komitəsin təşkilatçılığı ilə Şuşanı ziyarət edən İsrailin Kiryat Yam şəhərindən olan “Qafqaz mədəniyyət mərkəzi”nin rəhbəri Şmaelov Ben Sion bildirib. Qarabağın azadlığı uğurunda vuruşmuş qazilərə can sağlığı arzulayan, şəhidlərə tanrıdan rəhmət diləyən əslən azərbaycanlı olan, Qubada anadan olmuş Ben Sion Vətən …

Read More »

Diaspor üzvlərinin Şuşaya altıncı səfəri başlayıb

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 18 ölkədən 98 diaspor nümayəndəsi iştirak edir. Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, …

Read More »

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər. Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda …

Read More »

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət edib

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən …

Read More »

Diaspor gəncləri ilə görüşən incəsənət xadimləri: “Bu, şans deyil, böyük xoşbəxtlikdir”

Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev düşərgənin çox faydalı tədbir olduğunu bildirib: “Bu tədbir çox gözəl təşkil olunub, hər şey nəzərə alınıb. Təəccüblü və inanılmaz bir hissdir …

Read More »

Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək

Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov iştirak etmək üçün vətənə gəlib. O, “Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda, ailələrində həmin şəcərəni əks etdirən sənədlərin …

Read More »

Ermənilərin Qarabağ haqqında çəkdikləri təxribatçı filmin Bişkekdə nümayişinin qarşısı alınıb

Ermənilərin Qarabağ haqqında çəkdikləri və faktların təhrif olunduğu filmin Qırğız Respublikasının paytaxtı Bişkekdə nümayişi ləğv olunub. Bunu “Report”a Qırğız Respublikasında AZƏRİ İctimai Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan diasporunun səyləri nəticəsində filmin nümayişi baş tutmayacaq. Xatırladaq ki, iyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılmışdı. Erməni təxribatının daha …

Read More »

Fuad Muradov İsraildə Azərbaycan icmasının üzvləri ilə görüşüb

Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”ndə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə İsraildə məlumatlandırma kampaniyası apardıqlarına və müxtəlif aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diasporumuzun …

Read More »

Nazir: “İsrail-Azərbaycan dostluğu iki ölkə xalqlarının ortaq dəyərlərinə əsaslanır”

“Bu həftə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail rəsmiləri və Azərbaycandan köçmüş yəhudilərlə görüşüb”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Jewish Press” nəşrində dərc olunan məqalədə bildirilib. Qeyd olunub ki, F.Muradov İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı naziri Oded Forer, mənzil və tikinti üzrə nazir Elkin Zeev və Knessetin bir neçə tanınmış üzvü ilə görüşüb. …

Read More »