Şənbə , 4 May 2024

Diaspor

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıb

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını …

Read More »

Azərbaycan icması Fransa Senatının ermənipərəst qanun layihəsinə etiraz edib

Fransada yaşayan Azərbaycan icması Fransa Senatının 6 üzvünün Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsini sərt şəkildə pisləyib. İcmamızın Fransa Senatına və ictimaiyyətinə ünvanladığı müraciətdə bildirilib ki, Fransa azərbaycanlıları bu qətnamə layihəsini qətiyyətlə rədd edirlər. Qeyd edilib ki, layihədə Azərbaycan icmasının tarixi Vətəninə qarşı yer alan əsassız ittihamları Fransa azərbaycanlıları öz ünvanlarına söylənmiş ittihamlar kimi qəbul edirlər: “Qətnamə layihəsi Cənubi Qafqaz …

Read More »

UABD: “İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir”

“İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin İranda baş verən hadisələr və İranın regionda yaratdığı təhdidlə bağlı bəyanatında bildirilir. Bəyanatda son zamanlar İran adlanan dövlətin həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində təcavüzkarın yanında yer alması qətiyyətlə pislənilib: “Bəyan edirik …

Read More »

Polşada “Şuşa ili” və Zəfər Gününə həsr edilmiş konsert keçirilib

Polşanın paytaxtı Varşava şəhərində “Şuşa ili” və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsert Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycanın Polşadakı səfirliyi və Polşa Milli Filarmoniyasının təşkilatçılığı ilə baş tutub. Konsertdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Türkiyənin bu ölkədəki …

Read More »

Polşada Azərbaycan icması ilə görüş keçirilib

Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan icması ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və bu ölkənin 5 böyük şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri iştirak ediblər. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla …

Read More »

Amerika-Azərbaycan Cəmiyyəti təqaüd qaliblərinin adlarını açıqlayıb

Amerika-Azərbaycan Cəmiyyəti (ASA) 2022-ci il üzrə payız semestrinin təqaüd proqramının qaliblərini elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqə Azərbaycanın Amerika ictimaiyyəti arasında təbliği istiqamətində fədakarlıq və maraq göstərən azərbaycanlı tələbələrin mükafatlandırılması məqsədilə keçirilib. Bu il müsabiqənin iki qalibi müəyyənləşdirilib. Onlar Nyu-Yorkdakı CUNY Baruch Kollecinin tələbəsi Elnurə Musazadə və Pensilvaniya Drexel Universitetinin tələbəsi Vüsalə İslamovadır. Qaydalara əsasən, tələbələr vətənə sevgini və …

Read More »

İsveçdə 26 yaşlı azərbaycanlı gənc nazir təyin olunub

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. Boyukmillet.com xəbər verir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir. 1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib …

Read More »

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib

Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Marneuli şəhərinin gənclər mərkəzində öz işinə başlayan tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin …

Read More »

Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk. Bildiririk ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci …

Read More »

Azərbaycan icması şotlandiyalı deputatlara etiraz məktubu göndərib

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison Şotlandiya Milli Partiyasını (ŞMP) təmsil edən bəzi deputatların İcmalar Palatasında Azərbaycana qarşı fikirlərinə etirazını bildirib. N.Morrison Azərbaycan icması adından İcmalar Palatasında ŞMP lideri Yan Bləkforda və digər deputatlara ünvanladığı müraciətdə bildirib ki, bu qərəzli fikirlər soydaşlarımızı narahat edir və təəssüf ki, belə hal ilk dəfə baş vermir: “ŞMP deputatlarının …

Read More »