Cümə , 26 Aprel 2024

Diaspor

Fransadakı Azərbaycanın Dostları Assosiasiyası İrandakı səfirliyə hücumu pisləyib

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyib. Bu barədə assosiasiyadan məlumat verilib. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar. “Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. …

Read More »

“Dünya azərbaycanlıları hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırlar” – BƏYANAT

“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk. Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq …

Read More »

Londonda Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarına etiraz

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Boyukmillet.com xəbər verir ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Görkəmli dövlət xadimi Uinston …

Read More »

İsveçdə yaşayan güney azərbaycanlı jurnalist Şuşaya səfər edib

İsveçdə yaşayan Ərdəbildən olan jurnalist Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili Şuşa şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, qonaq Şuşada “Güllələnmiş heykəllər”i, “Saray kompleksi”ni, Üzeyir Hacıbəylinin heykəlini ziyarət edib, Şuşa qalasında və Cıdır düzündə olub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi tərəfindən Ə.Ərdəbiliyə …

Read More »

ABŞ-da Azərbaycan gecəsi keçirilib

ABŞ-ın Meyn ştatında yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətli ilə Azərbaycan gecəsi keçirib. Boyukmillet.com xəbər verir ki, gecədə Meyn ştatında yaşayan Azərbaycan icmasının nümayəndələri, qardaş və dost ölkələrin diaspor fəalları, o cümlədən bir çox ölkələrdən (Əfqanıstan, Türkiyə, Albaniya, Ukrayna, Rusiya, İran, Özbəkistan, Tacikistan və Afrika ölkələri) olan icmaların təmsilçiləri, dərnək rəhbərləri, yerli ictimayyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən …

Read More »

TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Bakı-Şuşa forumu başlayıb

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilir. Forumda iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyası müzakirəsi olunur. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan …

Read More »

Biz, Gözələ Gözəl, Doğruya Doğru, Yaxşıya da yaxşı deməyi bacarırıq

Bu gün Diaspor Fəalliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Azərbaycanın Fransada lobbiçiliyinə töhfə verən könüllü layihə həyata keçirəcəkləri haqqında postunu oxudum. Bu başdan deyim, postda qaldırılan məsələlər ürəyimcədir. Fuad Hüseynzadənin həmin postuna yorum da yazıb təşəkkürümü bildirdim. Yazdığım yorumu bəzi dəyişiklərlə öz statusumda paylaşıram.-Tam 15 ildir mən bunu deyirəm. Azərbaycan həqiqətlərini, tarixini özündə əks etdirən kitablar ingilis, fransız, …

Read More »

Berlində “Azərbaycanda alman izləri” adlı tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanda alman izləri” adlı tədbir keçirib. Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub. Tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan və türk …

Read More »

Azərbaycanlılar Fransa Milli Assambleyasının qarşısında etiraz aksiyası keçirirlər

Azərbaycan diasporunun üzvləri erməni lobbisinin oyuncağına çevrilmiş fransız deputatların ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasına dair qərəzli və ədalətsiz qətnamə layihəsinə etiraz olaraq, Fransa Milli Assambleyasının qarşısında mitinq keçirirlər. Boyukmillet.com xəbər verir ki, etiraz nümayişinin iştirakçıları fransız deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb …

Read More »

Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

Avropada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçiriblər. Boyukmillet.com xəbər verir ki, kampaniya #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə keçirilib. Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini …

Read More »