Cümə , 10 May 2024
Drone Cameras

İsveçdə yaşayan güney azərbaycanlı jurnalist Şuşaya səfər edib

İsveçdə yaşayan Ərdəbildən olan jurnalist Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili Şuşa şəhərinə səfər edib.

Boyukmillet.com xəbər verir ki, qonaq Şuşada “Güllələnmiş heykəllər”i, “Saray kompleksi”ni, Üzeyir Hacıbəylinin heykəlini ziyarət edib, Şuşa qalasında və Cıdır düzündə olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi tərəfindən Ə.Ərdəbiliyə şəhərin tarixi, indiki vəziyyəti, burada işğal dövründə ermənilərin şəhərdə törətdikləri vəhşiliklər və hazırda həyata keçirilən tikinti-yenidənqurma işləri barədə ətraflı məlumat verib.

İlk dəfə Şuşa şəhərinə səfər etdiyini deyən qonaq burada çox xoşbəxt olduğunu bildirib.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …