Cümə axşamı , 28 Mart 2024

Diaspor

İsveçrədəki Azərbaycan diasporu Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

İsveçrədə yaşayan Azərbaycan icması erməni diasporunun Cenevrədəki Palexpo kitab sərgisində törətdiyi təxribatla bağlı təşkilatçılara rəsmi müraciət edib. Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məktubda bildirilib ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir. Amma Cenevrənin Lozanna küçəsində yerləşən “Armenie Culture & Saveurs” mərkəzi kitab sərgisində bu ərazi haqqında qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında yolverilməz …

Read More »

Azərbaycanın diaspor təşkilatları beynəlxalq ictimaiyyəti 31 mart soyqırımına hüquqi-siyasi qiymət verməyə çağırıb

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri dünya birliyindən 1918-ci ilin mart hadisələrinə hüquqi-siyasi qiymət verilməsini və soyqırımı kimi tanınmasını tələb edən bəyanat yayıblar. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda bildirilib ki, bolşeviklərlə erməni silahlı quldur dəstələrinin 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanda törətdikləri qanlı qırğınlar ermənilərin azərbaycanlılara, o cümlədən insanlığa qarşı törətdiyi soyqırımlardan …

Read More »

31 martda soyqırımıa məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb

Türkiyənin Eskişehir şəhərində keçirilən ənənəvi “Çərşənbə Söhbətləri” toplantısının növbəti mövzusu 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Boyukmillet.com xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi həftəlik toplantıda dərnək üzvləri, azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Dərnəyin koordinatoru Cavid Əmirov 1918-ci il martın 30-dan aprelin 3-dək bolşeviklərin və erməni silahlı quldurlarının Bakı şəhərində və Bakı quberniyasının müxtəlif …

Read More »

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib

Moskvada təşkil olunmuş “Ramazan çadırı” tədbiri çərçivəsində “Azərbaycan günü” keçirilib, qonaqlar üçün iftar verilib. Boyukmillet.com xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova Ramazan çadırında iftarın təşkil edilməsinin yeddi ildir davam edən ənənəyə çevrildiyini deyib: “Müqəddəs Ramazan ayı bütün müsəlmanlar üçün çox əziz aydır. Şadam ki, …

Read More »

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Daşkənd şəhərinin Mirabad rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. …

Read More »

Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub

Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib. Bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, “Atamanın ruhu” Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina …

Read More »

Nyu-Yorkda Novruz bayramı qeyd edilib

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan mərkəz rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd …

Read More »

Azərbaycanəsilli araşdırmaçı-yazarın Türkiyədə deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanəsilli araşdırmaçı-yazar, Anka Türk Birliyinin sədri, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Dərya Akdəmirin mayın 14-də qardaş ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə “Report”un Ankara bürosuna açıqlamasında onun özü məlumat verib. O bildirib ki, parlament seçkilərində iştirak etmək üçün İstanbul üçüncü seçki dairəsindən müstəqil olaraq namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər qəbul olunub. …

Read More »

Şimkənddə diaspor fəalları və azərbaycanlı tələbələrlə görüşlər olub

Qazaxıstana ezamiyyət çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşının Şimkənd şəhərindəki Azərbaycan icmasının üzvləri və Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin azərbaycanlı tələbələri ilə görüşləri keçirilib. Azərbaycan icması ilə Dostluq Evində baş tutan görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Natiq İbrahimov rəhbərlik etdiyi diaspor təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. …

Read More »

Azərbaycan Türküstanda türk xalqlarının mədəniyyət festivalında təmsil olunub

Qazaxıstanın Türküstan vilayətindəki “Karvansaray” turist kompleksində Novruz bayramı münasibətilə keçirilmiş türk xalqlarının mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitənin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib. Türküstan vilayəti akiminin müavini Beysenbay Tajibayev …

Read More »