Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır

Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib. “Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib. Onun sözlərinə görə, …

Read More »

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Mali hökumətinin bəyanatına istinadən məlumat yayıb. Qeyd olunur ki, silahlılarla qarşıdurma zamanı Mali təhlükəsizlik qüvvələri hücum edənlər arasından 37 nəfəri məhv etməyə nail olub. Respublika hakmiyyəti həlak olan hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib. Silahlıların hücumu avqustun …

Read More »

Yaponiya hökuməti tam tərkibdə istefa verib

Avqustun 10-da Yaponiya hökuməti tam tərkibdə istefa verib. Bu barədə “Boyukmillet.com” “Kyodo” xəbər agentliyinə istinadən məlumat verir. Ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da ( Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kişidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir. Kabinet dəyişikliyi əvvəlcə sentyabrın əvvəlində baş verməli idi, lakin Kişida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini …

Read More »

Əfqanıstanın paytaxtında partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amad News” agentliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə Kabilin 5-ci məhəlləsində olub. Partlayışın səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Radikal “Taliban” hərəkatının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.

Read More »

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər verib. Məlumata görə, İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə dünən törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb. Kabil polisinin sözçüsü Xalid Zadran tviter hesabında partlayış zamanı iki nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib. Daha əvvəl bildirilib ki, partlayış Kabil şəhərinin qərbində baş verib, ölən və yaralananlar var. Parlamentin …

Read More »

İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb

Əgər “İslami Cihad” terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq. Bu barədə Boyukmillet.com İsrailin maliyyə naziri Aviqdor Libermanın “The Times of Israel” qəzetinə müsahibəsinə istinadən xəbər verir. Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq. “Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik”, – Liberman …

Read More »

Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib. “Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı …

Read More »

İsrail ordusu Qəzza zolağına zərbələr endirir

İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağındakı hədəflərə zərbələr endirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “ÇAXAL hazırda da Qəzza zolağına zərbələr endirir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”, – İsrail Müdafiə Ordusunun məlumatında deyilir.

Read More »

ABŞ dövlət katibi Çinə xəbərdarlıq edib

ABŞ dövlət katibi Entoni Blinken Çinə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə ASEAN Regional Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib. E.Blinken bildirib ki, Çin Tayvan ərazisinə raket atmağı dayandırmalıdır: “Bu, əsassız eskalasiyadır. ABŞ Çinlə böhran istəmədiyini dəfələrlə bildirib”. ABŞ dövlət katibi vurğulayıb ki, Çinin hərəkətlərinə heç bir halda bəraət qazandırmaq mümkün deyil.

Read More »

Aİ Ukraynanın keçmiş prezidentinə qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra qarşı yeni sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Məlumatda deyilir ki, Aİ Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq əlavə iki şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib. 2021-ci ilin martında Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun ətrafına qarşı …

Read More »