Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Pakistan XİN vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib

Pakistan Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında yazılıb.

Bildirilib ki, təhlükəsizliklərini təmin etmək məqsədilə Pakistan vətəndaşlarına şərait yaxşılaşana qədər İran İslam Respublikasına bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.

Hazırda İranda yaşayan Pakistan vətəndaşları isə son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, vacib olmayan səfərləri minimuma endirməyə və aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırılıb.

Xatırladaq ki, İranda iki həftədir, mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …