Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Dağıntılar və ya tələfat barədə məlumat verilmir.
Read More »Ermənistan minlərlə türk malını İran malları ilə əvəz etməyə məcbur oldu
İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb. Bu barədə Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir. “Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir”, – deyə İran rəsmisi bilirib. O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib. Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan …
Read More »PKK Suriyada terror aktı törədib, ölən və xəsarət alanlar var
Suriyada terror aktı törədilib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Afrində baş verib. İlkin məlumata görə, terrorçular Cinderes qəsəbəsində çörək sexinin yaxınlığında minalanmış avtomobili partladıblar. Nəticədə 1 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. Onların hamısı dinc sakinlərdir. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik orqanlarındakı mənbələr güman edir ki, terror aktını PKK terror qruplaşmasının Suriya qanadı törədib. Qeyd …
Read More »Ankarada İŞİD-in partlayıcı vasitələr üzrə terrorçusu yaxalandı
İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb. Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir. Qeyd edilir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O, bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.
Read More »Moskvada atışma, 35 nəfər saxlanılıb
2021-ci ilin ilk günündə Rusiyanın paytaxtı Moskva şəhərində, Qolyanovo rayonunun Uralskaya küçəsində silahlı insident baş verib. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Hadisə yerinə gələn polis əməkdaşları təxminən 35 adamı saxlayaraq bölməyə aparıblar. Hazırda xəsarət alanlarla bağlı məlumat verilməyib. Polis hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparır.
Read More »Kanadada helikopter qəzası baş verib, ölənlər var
Kanadanın Alberta vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Boyukmillet.com “CTV” kanalına istinadən məlumat yayıb. Helikopter Qrand-Preri şəhərindən təxminən 100 km şimal-şərqdə əkin sahəsinə düşüb. Qəza nəticəsində helikopterdə olanların hamısı hadisə yerində keçinib. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Read More »Somalidə Türkiyə şirkətinə hücum olub: 4 nəfər ölüb, 4 nəfər yaralanıb
Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb. Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib: “Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara …
Read More »Fransada bir gecədə 861 avtomobil yandırılıb
Fransada yanvarın 1-də gecə naməlum şəxslər 861 avtomobil yandırıblar. Boyukmillet.com xəbər verir ki, məlumatı “Europe 1” radiostansiyası yayıb. Fransanın daxili işlər naziri Jerald Darmanen yerli hakimiyyət başçılarına yeni il gecəsi yandırılan maşınların sayının açıqlanmaması ilə bağlı məktub göndərib. Nazir bununla avtomobilləri yandıranların öz aralarında “maşın yandırmaq yarışının” qarşısını almağa çalılışıb. Bir il əvvəl yeni ilin ilk günü 1 457 yandırılan avtomobil …
Read More »İraqda bir neçə hərbçi partlayış nəticəsində həlak olub, yaralananlar var
İraqda azı üç hərbi qulluqçu əldəqayırma partlayıcı qurğunun partladılmasının qurbanı olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib. Qeyd edilir ki, hadisə Kərkük əyalətinin cənubunda olub. Partlayış nəticəsində bir zabit və iki əsgər həlak olub. Hadisənin digər təfərrüatları açıqlanmır. Kərkük Polis Depatamentinin mətbuat katibi Amir Nuri isə bildirib ki, hadisə Dakuk rayonu ərazisində baş verib. Onun sözlərinə görə, İraq …
Read More »Tramp bəzi ştatlarda peyvənd olunmanın sürətini pislədi
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bildirib ki, Amerikanın bəzi ştatları koronavirus əleyhinə vaksinləməni olduqca ləng keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb. “Bəzi ştatların federal hokümət tərəfindən vaksinlərin müvəffəqiyyətli və çox genişmiqyaslı bölgüsünə baxmayaraq, vaksini alanlar peyvəndi çox ləng edir. Onlar bunu edəcəklər!” – Tramp tvitterdəki səhifəsində yazıb. ABŞ-da “Pfizer” və “BioNTech” şirkətlərinin …
Read More »