Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib. Boyukmillet.com xəbər verir ki, ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib. Qeyd edək ki, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işlər görür.
Read More »Pakistanda qəzaya düşən avtobus yanıb, 41 sərnişin ölüb
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub. Boyukmillem.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb. İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.
Read More »Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb. “Bu gündən (29 yanvar – Red) etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir” – deyə, məlumatda vurğulanıb. Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat …
Read More »Tatarıstanın səhiyyə naziri vəfat edib
Tatarıstanın səhiyyə naziri Marat Sadıkov 53 yaşında vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Vida mərasimi yanvarın 30-da baş tutacaq. Marat Sadıkov 27 yanvar 1970-ci ildə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. Tibb elmləri namizədi, Tatarıstan Respublikasının əməkdar həkimidir. Sadıkov nazir vəzifəsinə təyin olunana qədər Kazan şəhər 7 saylı klinik xəstəxanasında …
Read More »Kansler: “Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir”
“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bildi”. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. “24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz reallıdır”-deyə, o bəyan edib. Almaniya kansleri vurğulayıb ki, ölkə artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil. …
Read More »Türkiyə PA: “İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”
“İsveç hakimiyyətindən sözünün üstündə durmasını gözləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun xarici KİV-ə açıqlamasında deyib. O bildirib ki, İsveç NATO-ya üzv olmaq üçün öhdəliklərini yerinə yetirməlidir: “İsveç Alyansa üzv olmaq istədiyini bildirəndə biz də öz narahatlığımızı ortaya qoyduq. Sonra birlikdə mexanizm yaratdıq. İsveç bəzi addımlar atıb, amma bunlar kifayət deyil”.
Read More »ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib
Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir. Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür …
Read More »Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların tətbiqini, o cümlədən bu ölkəyə silah və ikili təyinatlı avadanlıqların tədarükünə tam embarqonun qoyulması imkanlarını müzakirə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü “RMF” radiostansiyası məlumat yayıb. İndi Almaniya digər ölkələrin dəstəyi ilə Belarusa qarşı sərt sanksiyaların tətbiqinə qarşı çıxırlar. Bunan səbəb isə Belarus Silahlı Qüvvələrinin fiziki olaraq Ukrayna münaqişəsində iştirak etməməsidir. Lakin …
Read More »Almaniya və Fransa sərhədlərini birgə qoruyacaq
Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər. Boyukmillet.com-un məlumatına görə, Parisdə müvafiq sazişi Almaniyanın daxili işlər naziri Nensi Fezer və onun fransalı həmkarı Jerald Darmanin imzalayıb. Qeyd olunub ki, Almaniya-Fransa opertaiv qrupundan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərin təhlükəsizilyini təmin etmək üçün və birgə sərhəd nəzarəti əməliyyatlarında …
Read More »ABŞ Ədliyyə Nazirliyi Baydenin evində daha altı məxfi sənəd tapıb
ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinə baxış keçirərkən yeni məxfi sənədlər toplusu aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkə liderinin vəkili Bob Bauer məlumat verib. Onun sözlərinə görə, yoxlama cümə günü gerçəkləşdirilib. Xüsusilə “məxfilik qeydləri ilə” altı sənəd tapılıb. Onlar Baydenin senator və vitse-prezident olduğu dövrlərə aiddirlər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar