Cümə , 17 Aprel 2026
Drone Cameras

Pakistanda qəzaya düşən avtobus yanıb, 41 sərnişin ölüb

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.

Boyukmillem.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

İlkin məlumata görə, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.

Check Also

Əraqçi Hörmüz boğazının açıldığını bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz …