ABŞ Prezidenti Cozef Bayden Almaniyanın Bavariya əyalətindəki Elmau sarayında keçirilən G7-nin (Böyük Yeddilik-red) liderlər sammitindən sonra təşkil olunan birgə mətbuat konfransında “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” planını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Bayden G7-nin inkişaf etməkdə olan ölkələrdə davamlı infrastrukturu təmin etmək üçün maliyyə yardımlarını artıracağını bildirib. Ağ Ev rəhbəri ABŞ-ın 5 il ərzində “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” proqramına …
Read More »Madriddə Türkiyə-NATO-İsveç-Finlandiya sammiti keçiriləcək
“Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə Madriddə Prezidentimizin iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiyanın iştirakı ilə dördtərəfli sammit keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Bu sammit olacaq. Tədbirdə iştirak etməyimiz mövqeyimizdən geri çəkilmək anlamına gəlmir”, – Türkiyə rəsmisi vurğulayıb. “Fikrimizcə, müzakirə etdiyimiz məsələləri bir nöqtəyə gətirmişik, oradan geriyə addım atmağımız müzakirə mövzusu …
Read More »ABŞ-da silah dövriyyəsinə nəzarət gücləndirilir
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, təşəbbüsü Nümayəndələr Palatasının 234 üzvü dəstəkləyib, 193-ü isə əleyhinə çıxıb. Sənəd daha sonra ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır. Bundan əvvəl Cozef Bayden Texasda 21 nəfərin öldüyü atışmadan sonra silah lobbisinə meydan oxumağa çağırmışdı.
Read More »Blinken: “Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibənin bitməsini sürətləndirməlidir”
Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur. “Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün …
Read More »Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib
Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il müddətinə qadağa qoyulması, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirəsini nəzərdə tutur. Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçib və rəsmi razılıqdan sonra qanuna çevriləcək. Layihə Baş nazir Castin Trüdo tərəfindən təklif …
Read More »Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzadıb
ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb. Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb. Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli …
Read More »Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb
Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TASR məlumat yayıb. Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib. Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. …
Read More »Brüsseldə Aİ-nin sammiti başlayıb, Ukraynaya namizəd statusunun verilməsi müzakirə olunur
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) liderlərinin sammiti başlayıb. Boyukmillet.com-un xəbərinə görə, iclasda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi məsələsi müzakirə olunacaq. Ukrayna Prezidenti Volodimir Zelenski toplantıya videoformatda qatılacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, artıq Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüyünün vaxtı çatıb. O, Aİ liderlərini Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıb.
Read More »Terrorçu Öcalana verilən saxta pasportdan yunan jurnalistin adı çıxdı: Ersin Tatardan sərt reaksiya
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, PKK lideri Abdullah Öcalanın həbs edilməzdən əvvəl istifadə etdiyi pasportda adı olan Lazaras Mavrosun yunan Kiprinin keçirdiyi hərbi təlimlərdə iştirakına sərt reaksiya verib. Girnədə keçirilən andiçmə mərasimində çıxış edən prezident Ersin Tatar yunan Kiprinin sülh və qonşuluq münasibətlərindən danışsa da, orada Türkiyəyə qarşı çirkin və məkrli fəaliyyətlərin olduğunu qeyd edib. Prezident Tatar …
Read More »İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar
İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib. Nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir. Bundan əlavə, adı açıqlanmayan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
