ABŞ-dan daha 5 000 tank əleyhinə “Javelin” raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq. Bu barədə “Boyukmillet.com” Pentaqonun sözçüsü Con Kirbinin brifinq zamanı açıqlamasına istinadən xəbər verir. Kirbi qeyd edib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək. Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün M113 zirehli transportyorlarının yüklənməsinə başlayıb. Pentaqon avtomobillərin yük maşınlarının qoşqularına yüklənməsinin …
Read More »Almaniya Rusiya neftinə embarqo qoyulmasına israrlıdır
Almaniya Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün dayandırılmasına hazırlaşmaq üçün bir neçə ay lazım olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis “Financial Times”a müsahibəsində bildirib. “Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin ölkə üçün digər neft tədarük mənbələrini təmin edə bildiyimizə əmin olmaq üçün bizə bir az vaxt lazımdır”- deyə, o bildirib. …
Read More »Niderland limanları Rusiya nefti olan gəmiləri qəbul etməkdə davam edir
Niderlandlı liman işçilərinin Rusiya nefti ilə yüklənən “Sunny Liger” gəmisini boşaltmaqdan imtina etməsi tək bir hadisə idi. Rusiya nefti daşıyan gəmilər Niderlanda gəlməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Niderlandın Yayım Korporasiyası” məlumat yayıb. “CB Caribic neft tankeri bu gün səhər saatlarında Amsterdam limanına daxil olub. Bildiyimizə görə, onun boşaldılmasında heç bir problem olmayıb. Bu onunla bağlıdır ki, …
Read More »Çin NATO-nun sabitliyi pozmağı planlaşdırdığı yeni bölgənin adını açıqlayıb
NATO ABŞ-ın dünya hökmranlığını təmin etmək üçün Asiya-Sakit Okean regionunda (APR) sabitliyi pozmağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “CGTN” portalı yazıb. Nəşrin müəllifinin qeyd etdiyi kimi, Şimali Atlantika Alyansı özünü müdafiə ittifaqı kimi təqdim edir, lakin eyni zamanda intensiv şəkildə hərbi münaqişələri genişləndirir və alovlandırır. “NATO sülh və təhlükəsizlik üçün çağırış edir, lakin eyni zamanda digər ölkələrə …
Read More »Türkiyə XİN rəhbəri: “Müttəfiqlərdən birinə hücum olarsa, NATO Rusiyaya lazımi cavabı verəcək”
“Şimali Atlantika Alyansı müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. Xarici işlər naziri qeyd edib ki, alyans Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil: “NATO-nun mövqeyi bəllidir. Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”.
Read More »Qırğızıstanın yeni xarici işlər naziri təyin edilib
Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə – 2010-2012-ci illərdə, ikinci – 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin …
Read More »Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır
Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Rlive” telekanalında bildirib. Sandu deyib ki, hökumət qazsız qalmaq riskindən xilas olmaq istəyir. “Əsas məsələ yanacağın qiymətidir, çünki regiondakı vəziyyətlə əlaqədar xeyli bahalaşıb. Əgər “Qazprom” tədarükünü dayandırsa, o zaman bizim Rumıniyadakı anbarlarda ehtiyatlarımız var. Üstəlik, qazın bir hissəsini bazardan ala bilərik, lakin qiymət çox …
Read More »Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb
BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb. Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib. “Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, – BMT baş katibi deyib. Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb. Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya …
Read More »Bolqarıstanın Baş naziri: “Ukrayna müharibədə qalib gələcək”
Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gələcək. Boyukmillet.com xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Bolqarıstanın Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. “Ukrayna bu müharibədə qalib gələcək. Və bütün demokratik ölkələr sizin tərəfinizdə olacaq. Məncə, heç bir şübhə yoxdur ki, bu, baş verəcək yeganə nəticə olacaq”, – Petkov deyib. O, Ukraynadakı müharibənin nəticələrini öz …
Read More »Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə görüşüb
BMT-nin baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Rusiya hərbçilərinin ciddi ziyan vurduğu Kiyev vilayətinin Borodyanka qəsəbəsinə gəlib. Boyukmillet.com xəbər verir ki, Quterreş Ukraynanın azad edilən qəsəbəsində hərbçilərlə və jurnalistlərlə danışıb. “Mən ailəmi indi dağılan və yanan evlərdən birində təmsil edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. 21-ci əsrdə müharibələr qəbuledilməzdir”, – baş katib vurğulayıb. Onun sözlərinə görə, səfərlər ölkələr arasında …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
