Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

Tiflisdə etirazçılar Rusiya bayrağını YANDIRDI – VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən aksiyada etirazçılar Rusiya bayrağını yandırıblar. Boyukmillet.com xəbər verir ki, bununla bağlı görüntülər telegram kanallarında paylaşılıb. Qeyd edək ki, hazırda Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirilir. Mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib. Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.

Read More »

Dneprdə infrastruktur obyektinə dron zərbəsi – Pavloqradda “İskəndər” partladı

Rusiyanın gecə hücumları Ukraynanın Dnepr və Pavloqrad şəhərlərində yeni dağıntılara səbəb olub. Boyukmillet.com xəbər verir ki, Dneprdə dron zərbəsi nəticəsində infrastruktur obyektinə ciddi ziyan dəyib. Eyni zamanda, Pavloqrada Rusiya ordusunun “İskəndər” raketi düşüb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, hücumların əsas hədəfi Dnepropetrovsk vilayətində yerləşən qaz infrastruktur obyektləri olub. Hazırda dağıntıların miqyası və dəymiş ziyanın həcmi araşdırılır. Ukrayna tərəfi bölgədə bərpa …

Read More »

Trampın “misli görünməmiş cəhənnəm” xəbərdarlığına HƏMAS cavab verdi – Müharibə artıq sona çatdımı?

HƏMAS Trampın Qəzza planının bir hissəsini qəbul etdiyini, lakin əlavə danışıqlara ehtiyac olduğunu deyib.  “Al Jazeera”nin yaydığı məlumata görə HƏMAS bəyan edib ki, ABŞ prezidenti Donald Trampın ultimatumundan sonra Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə hazırdır. Həmçinin İsrailin Qəzzaya qarşı təxminən iki ildir davam edən müharibəsini dayandırmaq üçün Trampın irəli sürdüyü atəşkəs planının bir neçə hissəsini qəbul etdiyini, lakin …

Read More »

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini də vurdu

Oktyabrın 4-nə keçən gecə Kirişi şəhərində (Rusiya, Leninqrad vilayəti) Ukraynaya məxsus pilotsuz təyyarələr Kirişinefteorqsintez neft emalı zavoduna (KINEF) zərbələr endirib. Musavat.com  Unian-a istinadən xəbər verir ki, regionun qubernatoru Aleksandr Drozdenko sənaye zonasında yanğın baş verdiyini, yanğını söndürmək üçün təcili xidmətlər cəlb olunduğunu açıqlayıb. Drozdenko bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 7 pilotsuz təyyarəni vurub. Şahidlərin sözlərinə görə, ən azı …

Read More »

Ermənistan parlamenti Azərbaycanla bağlı bəyanat layihəsini QƏBUL ETDİ

Ermənistan parlamenti “Ermənistan və Azərbaycan arasında sülhün qurulması” haqqında bəyanat layihəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edək ki, müxalifət 20 dəqiqəlik fasilə istəyib, bunu bəyanatın mətninə bir neçə təklif vermək istəyi ilə əsaslandırıb və fasilədə bütün tərkibi ilə parlamentdən çıxıb.

Read More »

KİV: ABŞ Rusiyaya zərbə endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək

ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri NATO müttəfiqlərinə müraciət edərək Kiyevə bu dəstəyi göstərməyi xahiş ediblər. Nəşr bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” qanadlı raketləri və “Barracuda” döyüş sursatları göndərmək imkanını da nəzərdən keçirir. …

Read More »

Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən ölkənin ümumi daxili məhsulu (ÜDM) potensial olaraq hər həftə təxminən 15 milyard dollar azala bilər. Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, bu qiymətləndirmə Ağ Evin respublikaçı qanunvericilərə təqdim etməyi planlaşdırdığı sənədlərdə yer alıb. Qeyd olunub ki, prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzunmüddətli şatdaunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq …

Read More »

Yaponiya Çinə etiraz notası verib

Yaponiya hökuməti Çinə etiraz notası göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib. Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir. “Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib”, – deyə o qeyd …

Read More »

HƏMAS Trampın sülh planının bir sıra maddələrində dəyişiklik tələb edir

HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzə sektoru üçün təklif etdiyi, silahsızlaşdırma maddələrinə aid olan sülh planına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə AFP mənbələrə istinadən xəbər verir. Məlumata görə, təşkilat məcburi silahsızlaşdırmadan, hərəkat və onun fraksiyalarının üzvlərinin sürgün edilməsindən imtina edilməsini, İsrail qoşunlarının tam çıxarılması üçün beynəlxalq zəmanətlərin verilməsini, həmçinin Qəzzə daxilində, xaricində fələstinlilərin təhlükəsizliyinə …

Read More »

Ərəb və müsəlman ölkələri Trampın planını dəstəkləyən birgə bəyanat yayıb

Ərəb və müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını dəstəkləyən birgə bəyanat yayıb. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə XİN-ləri birgə bəyanat yayaraq, hərtərəfli saziş vasitəsilə Qəzzada müharibəni dayandırmaq üçün Birləşmiş Ştatlarla işləməyə sadiq olduqlarını təsdiqləyiblər. Ölkələr Trampın planının əsas bəndlərinin – Qəzza …

Read More »