Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

Trampın olduğu helikopterin ekipajına lazer ilə maneçilik törədən şəxs həbs edilib

ABŞ-də prezident Donald Trampın helikopterinin ekipajını lazer ilə kor etməyə cəhd edən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu helikopter Ağ Evdən yola düşərkən baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli köynəksiz bir adamın küçədə öz-özünə yüksək səslə danışdığını görüb. Agent kişiyə yaxınlaşanda o, qırmızı lazeri prezident helikopteri …

Read More »

Tramp: Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik

ABŞ Rusiya ilə gərginliyin artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib. “Bəli, mən bunu edəcəyəm”, – o, Rusiya ilə gərginliyin artacağı təqdirdə ABŞ-nin Baltikyanı ölkələr və Polşaya kömək edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib. 2025-ci il sentyabrın 10-a keçən gecə Rusiyanın Ukraynanın …

Read More »

Ukrayna Ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri ölkənin Donetsk vilayətində 7 yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski özünün teleqram kanalında bildirib. “Ukraynanın müdafiə qüvvələrinin Donetsk vilayətində, Dobropolsk istiqamətində əməliyyatı davam edir. Qoşunlarımız düşmənin müdafiə xəttinə doğru 3-7 kilometr irəliləyib. Yeddi yaşayış məntəqəsində nəzarət bərpa edilib, düşmənin 9-cu diversiya və kəşfiyyat qruplarından təmizlənib. …

Read More »

Qanunsuz miqrantlar Belarusdan Polşaya keçmək üçün tunel qazıblar

Qanunsuz miqrantlar Belarusdan tunel vasitəsilə Polşaya daxil olmağa cəhd ediblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Podlyask” Sərhəd Mühafizəsinə istinadən “Polsat News” telekanalı məlumat yayıb. Tunelə giriş sərhədçilərin günboyu elektron baryerlə nəzarəti altında olduğu Narevka çayının yaxınlığında yerləşib. Orada 4 əcnəbi saxlanılıb. Sərhəd pozucuları Belarusa qayıdıblar. Polşa KİV-inin məlumatına görə, Belarus tərəfindəki sərhəd zonası yerli hakimiyyət orqanları tərəfindən nəzarətə götürülsə də, …

Read More »

ABŞ-nin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

ABŞ-nin şimal-qərbində Vaşinqton ştatında helikopterin qəzaya uğraması nəticəsində ölkənin 4 hərbçisi həlak olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Associated Press” ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığına istinadən məlumat yayıb. Məlumata görə, helikopter sentyabrın 17-də axşam saatlarında təlim uçuşu həyata keçirirmiş və Lyuis-Makkord Hərbi Hava Qüvvələri bazası yaxınlığında uçub. Təyyarədə dörd nəfər olub, onların adları hələ açıqlanmır. Qəzanın səbəbi müəyyən edilməyib. Hadisə …

Read More »

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Estoniya Rusiyaya məxsus 3 “MiQ-31” qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib. Bu barədə Boyukmillet.com Estoniya mediasına istinadən məlumat verib. Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb. Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb. Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona …

Read More »

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyanın “Aeza Group” və “HeliCo Group” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir. Bundan başqa, sanksiyalar siyahısına iki fiziki şəxs və iki gəmi daxil edilib.

Read More »

Zelenski Rusiyanı Trampın sülh çağırışlarına reaksiya verməməkdə ittiham edib

Rusiya ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına reaksiya vermir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb. “Biz Prezident Trampın qətllərə son qoyulması ilə bağlı mövqeyini eşidirik və diplomatiyanı blokdan çıxarmaq üçün bütün təkliflərə razılıq vermişik. Lakin görünür, Rusiyada bu mövqeni eşitmirlər”, – o bildirib və Rusiyanın PUA hücumlarının davam etməsinin buna sübut olduğunu qeyd edib. …

Read More »

Bricit Makronun kişi olaraq doğulduğunu təkzib edən sübutlar məhkəməyə təqdim ediləcək

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə ölkənin birinci xanımının qadın olduğunu sübut edən fotoqrafik və elmi dəlillər təqdim etməyi planlaşdırırlar. “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə BBC-yə onların vəkili Tom Kler bildirib. Makron cütlüyünün Fransanın birinci xanımının kişi olaraq doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı qaldırdığı böhtan iddiası ilə bağlı məsələyə ABŞ-nin Delaver …

Read More »

Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar. Boyukmillet.com-un SPA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir. “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh …

Read More »