Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsində avtomobillərin sıx olduğu yolda güclü partlayış səsi eşidilib. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd olunur ki, naməlum şəxslər “Golden Mezzeh” hotelinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcıları işə salıblar. “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, partlayış yalnız maddi ziyana səbəb olub, tələfat barədə hələlik məlumat yoxdur. Hadisə yerinə təcili …
Read More »Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb
Böyük Britaniyanın Qahirədəki (Misir – red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb. “Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının …
Read More »İsrail Ordusunun komandanı: HƏMAS-ın xaricdəki liderlərini də zərərsizləşdirməyə hazırıq
İsrail Ordusu digər ölkələrdə olmaqla, Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin məqsədyönlü şəkildə zərərsizləşdirilməsini davam etdirməyə hazırdır. Boyukmillet.com-un xəbərinə görə, bunu İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi Eyal Zamir Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin zərərsizləşdirilməsini şərh edərkən deyib. “İsrail Ordusu bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüskarlıq, əməliyyat üstünlüyünə malik olmaqla hücum əməliyyatları həyata keçirir. Dünən Qəzza zolağında HƏMAS …
Read More »Tramp İllinoys qubernatorunu hədələyib
ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, yerli hakimiyyət cinayətləri nizamlamasa, Çikaqoda federal nəzarət tədbirlərinə müraciət edə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Siyasətçi qeyd edib ki, ötən həftəsonu şəhərdə 24 nəfər güllələnib, 6 nəfər isə xəsarətlər alıb. Tramp “İllinoys ştatının qubernatorunu” xatırladıb. “O (İllinoys ştatının qubernatoru Cey Pritsker – red.) dəlidir. Yaxşı …
Read More »Tramp seçkilərdə səsvermə prosedurunu dəyişdirəcək fərman imzalayacaq
ABŞ Prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısının alınması üçün bir sıra tədbirləri nəzərdə tutan fərman imzalamaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb. “Seçici vəsiqələri hər seçkidə olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacam!” – o, qeyd edib. Tramp həmçinin əlavə edib ki, poçtla səsverməni qadağan edəcək. İstisna yalnız ağır xəstələr, eləcə də ABŞ ərazisindən …
Read More »Husilər Yəmənin baş nazirinin öldüyünü təsdiqləyib
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib, lakin onların adları açıqlanmayıb. Avqustun 29-da İsrail Müdafiə Ordusu Yəməndə husilərin baş qərargah rəisi və müdafiə nazirinin yerləşdiyi hərbi obyektə zərbə endirdiyini …
Read More »İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 8 nəfər həbs edilib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail kəşfiyyat xidməti Mossada gizli obyektlərin koordinatlarını və yüksək rütbəli hərbçilər haqqında məlumatları ötürməyə cəhd göstərməkdə şübhəli bilinən 8 nəfəri həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, saxlanılanlar İran-İsrail münaqişəsinin eskalasiyası dövründə İsrail xüsusi xidmət orqanlarına məlumat verməkdə ittiham olunurlar. SEPAH-ın bəyanatında bildirilir ki, şübhəlilər Mossadda …
Read More »ABŞ-də məhkəmə Trampın deportasiya prosesini genişləndirmək cəhdini bloklayıb
ABŞ Dairə Hakimi Cia Kobb ABŞ Prezidenti Donald Trampın administrasiyasının hakimiyyət orqanlarına məhkəmə dinləməsi olmadan miqrantları sürətlə deportasiya etməyə imkan verən proseduru kütləvi şəkildə genişləndirmək cəhdini bloklayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. Bildirib ki, bu, Prezidentin kütləvi deportasiya planlarına zərbədir. “Sürətli çıxarılma” adlanan bu proses əvvəllər Meksika sərhədi yaxınlığında saxlanılan və ABŞ-yə iki həftə ərzində …
Read More »Ukrayna Baş Qərargahı Rusiyanın neft obyektlərinə zərbə endirildiyini açıqlayıb
Ukrayna Baş Qərargahı Rusiyada iki neft emalı zavoduna zərbə endirildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, avqustun 30-na keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar şəhərindəki Krasnodar Neft Emalı Zavoduna (NEZ) və Rusiyanın Samara vilayətindəki Sızran NEZ-ə zərbə endirib. Baş Qərargahın məlumatında qeyd olunub ki, əməliyyat düşmənin hücum potensialını …
Read More »Rusiya ordusu Ukraynaya zərbələr endirib, ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində 3-ü uşaq olmaqla 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Ukraynanın Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov özünün teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində region ərazisinə raket və hava zərbələri endirilib, artilleriya atəşi keçirilib, pilotsuz uçuş aparatları və reaktiv yaylım atəşi sistemlərindən istifadə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar