Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib

ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb. Boyukmillet.com -un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib. “Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, …

Read More »

Suriyada şəhər meri və oğlu öldürülüb

Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb. Boyukmillet.com -un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib. Daha əvvəl siyasətçi sakinləri paytaxtın druzlar yaşayan ətraf …

Read More »

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı Dövlət Səhiyyə İnstitutuna istinadən məlumat yayıb. Xəstəlik əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə daha sürətlə yayılır. Yanvardan aprelin 28-dək respublikada 424 xəstəlik halı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Hepatit A altı vətəndaşın ölümünə səbəb olub. Eyni zamanda, tibbi …

Read More »

ABŞ-nin vitse-prezidenti: Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riskini təhdid edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib. Onun fikrincə, münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər: “Müharibənin daha bir neçə il davam etməsi cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq. Bu, nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. Prezident Donald Tramp öz komandasına hər vasitə ilə …

Read More »

Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, tərəflərin heç biri itkilər barədə məlumat yaymayıb. Bu arada “Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağı düşünür. Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün təyyarələrin marşrutunu Çin …

Read More »

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” öz hesablamalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib. Lakin ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Belə ki, bir neçə ixtisar dalğasından sonra onun …

Read More »

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur. İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.

Read More »

Tramp: ABŞ İranla yüksək səviyyəli danışıqlar aparır

ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyəti ilə yüksək səviyyəli məsləhətləşmələr aparır. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Romaya uçan təyyarəsində jurnalistlərlə söhbətində deyib. “İran razılaşması çox yaxşı gedir. Biz İranla bağlı işlə ən yüksək səviyyədə məşğul oluruq. Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər və biz də razılaşma istəyirik. Başqa bir razılaşma, daha pis bir …

Read More »

ABŞ Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq amerikan silahı almağı təklif edəcək

ABŞ Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq amerikan silahı almağı təklif edəcək ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı haqqında sövdələşmə bağlamağı təklif etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Təklifin 2025-ci ilin may ayında Trampın krallığa planlaşdırılan səfəri zamanı səsləndirilməsi planlaşdırılır. Agentlik qeyd …

Read More »