Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, …
Read More »ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib. “Bu, çox sadədir. Onların (İran – red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda – red.) tez hərəkət etməlidirlər. Əgər …
Read More »Misir və İsrail arasında Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparılıb
HƏMAS hərəkatı və İsrail arasında danışıqlarda ABŞ və Qətərlə yanaşı vasitəçi kimi çıxış edən Misir nümayəndələri və İsrail tərəfi Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair yeni təkliflər mübadiləsi aparıblar. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb. Tərəflər bir-birinə “anklavda atəşkəslə bağlı yeni təkliflərin layihələrini” təqdim ediblər. “Maan” agentliyinin məlumatına görə, Misirin təqdim etdiyi layihə …
Read More »Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb. Onların fikrincə, Mask uğur qazana bilməyib. Nəşrin yazdığına görə, biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında …
Read More »Tramp yenidən İranı təhdid edib
“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib. “Düşünürəm ki, İranla danışıqlar nəticə verməsə, ölkə böyük təhlükə qarşısında qalacaq. İran nüvə silahına malik ola bilməz. Danışıqlar nəticə verməsə, düşünürəm ki, həmin gün İran üçün …
Read More »Tramp Çinlə müqavilə şərtini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlat Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılarsa, saziş bağlaya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Oval kabinetdə çıxışında bildirib. Tramp vurğulayıb ki, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir. Ona görə də ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq. Prezident qeyd edib ki, ABŞ …
Read More »Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq. “İcazə …
Read More »Tramp ticarət tərəfdaşlarına rüsumlar tətbiq etdi; Bunu “Amerikanın Qurtuluş günü” adlandırdı
Siyahıda Azərbaycan da daxil olmaqla 183 ölkənin və Avropa İttifaqının daxildir ABŞ Prezidenti Donald Tramp aprelin 2-də ABŞ-nin ticarət tərəfdaşlarına, o cümlədən Avropa İttifaqından gələn mallara 20 faizlik qarşılıqlı rüsumlar tətbiq edəcəyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini “Amerikanın qurtuluş günü” elan edib. Tramp bu addımı Amerikanın “azadlıq günü” adlandıraraq, “Amerika sənayesinin yenidən doğulduğu gün, Amerikanın taleyinin geri alındığı gün …
Read More »İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb
İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb. UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb. Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz …
Read More »Ukrayna şəhərlərinə raket, PUA-zərbələri endirilib – Zelenski açıqlama yaydı
Rusiya ordusu bazar günü axşam və bazar ertəsinə keçən gecə Ukraynanın bir neçə bölgəsini yenidən atəşə tutub və nəticədə itkilər var. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Çerkassı, Xerson, Donetsk, Zaporojya, Dnepropetrovsk, Sumi və Xarkov vilayətləri atəşə, hava hücumlarına və pilotsuz təyyarələrin zərbələrinə məruz qalıb. Xerson vilayətində Antonovka kəndində pilotsuz təyyarənin hücumu zamanı iki nəfər, Berislav rayonunda isə PUA-nın avtomobilinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar