Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb. “HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi”, – o söyləyib. Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail …
Read More »KİV: Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarəti təmin edəcək saziş imzalasın. Boyukmillet.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat yayıb. Xüsusilə ABŞ Ukraynanın infrastruktur layihələrində və mineral hasilat proqramlarında, o cümlədən nadir torpaq metalları və liman tikintisində iştirakda birinci prioritet əldə etməyə çalışır. Əsasən Amerika …
Read More »Makron: Ukrayna üzrə sammitin iştirakçıları Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıblar
Parisdə keçirilən Ukrayna üzrə sammitin iştirakçıları yekdilliklə belə qərara gəliblər ki, indi Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
Read More »Dövlət Departamenti Qətərə təxminən 2 milyard dollarlıq PUA satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Qətərə pilotsuz uçuş aparatları və əlaqəli sistemlərin təxminən 2 milyard dollarlıq potensial satışını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat verib. Bəyanatda vurğulanıb ki, Qətər hakimiyyəti əvvəllər ABŞ-dən səkkiz MQ-9B PUA, AGM-114R2 Hellfire II raketləri də daxil olmaqla döyüş sursatları, həmçinin …
Read More »BMT-nin Baş katibi Bioloji Silahlar Konvensiyasına qoşulmayan ölkələrə çağırış edib
BMT-nin Baş katibi Antonio Quterreş doqquz ölkənin hökumətini Bioloji Silahlar Konvensiyasına qoşulmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. “50 il əvvəl qüvvəyə minmiş Bioloji Silahlar Konvensiyasına 188 dövlət qoşulub. Mən hələ də Konvensiyaya qoşulmamış doqquz ölkənin hökumətini gecikmədən bu istiqamətdə addım atmağa çağırıram. Gəlin, bioloji silahlara qarşı birlikdə olaq”, – Baş katib qeyd edib.
Read More »Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb
Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb. “Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. …
Read More »ABŞ İran, Çin, BƏƏ, Pakistan və CAR şirkətlərinə məhdudiyyətlər qoyub
ABŞ Ticarət Departamenti İran, Çin, BƏƏ, Pakistan və Cənubi Afrika Respublikasından olan 70 müəssisənin ixracına məhdudiyyətlər qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrdə yerləşdirilmiş bildirişdə deyilib. Qeyd olunub ki, departamentin Sənaye və Təhlükəsizlik Bürosu 70 təşkilata, o cümlədən Çindən 42, Pakistandan 19, BƏƏ-dən 4, Cənubi Afrikadan 3 və İrandan daha 2 şirkətə məhdudiyyətlər qoyub. Belə ki, bu …
Read More »Yüzlərlə fələstinli Qəzzada HƏMAS-a qarşı etiraz aksiyası keçirib
Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək “HƏMAS çıx!” şüarları ilə etirazını bildirib. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir. Məlumata görə, Qəzzanın şimali ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən …
Read More »Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar açıqlanıb, Moskva şərtlər qoyub
Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. Boyukmillet.com-un xəbərinə görə, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib. “Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın …
Read More »İsrail Hərbi Hava Qüvvələri Qəzzadan atılan iki raketi zərərsizləşdirib
Qəzza zolağından olan radikallar İsrailə iki raket atıb, İsrail Hərbi Hava Qüvvələri onları zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağından İsrail ərazisinə gələn iki raketi zərərsizləşdirib”, – məlumatda bildirilib. Qeyd olunub ki, Qəzza zolağına bitişik yaşayış məntəqələrində hava hücumu həyəcanı elan edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar