Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Çin ABŞ şirkətini saxta oyuncaq satdığına görə məhkəməyə verir

Çinin “Pop Mart” şirkəti ABŞ-nin “7-Eleven” mağazalar şəbəkəsini saxta Labubu oyuncaqları satdığına görə məhkəməyə verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Şanxayın “Jiemian” nəşrinə “Pop Mart”ın nümayəndələri bildirib.

İddiaya səbəb amerikalı bir qızın sosial şəbəkədə yerləşdirdiyi videoda “7-Eleven” mağazasında 25 dollara satılan saxta əşyaların nümayişi olub.

Orijinal “Pop Mart” oyuncaqlarının qiyməti demək olar ki, eynidir, lakin “7-Eleven”də oyuncaqlar və qablaşdırma çox aşağı keyfiyyətə malikdir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …