Bazar , 22 Noyabr 2026
Drone Cameras

Rusiya Xarkova aviasiya bombaları ilə hücum edib, onlarla insan xəsarət alıb

Rusiya Xarkova iki aviasiya bombası ilə zərbə endirib, bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

“Hazırkı məlumata görə, artıq onlarla yaralı var. Onlara yardım göstərilir. Rusiya şəhərə birbaşa iki aviasiya bombası ilə zərbə endirib. Bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. Xilasedicilər yanğını söndürürlər”, – V.Zelenski qeyd edib.

Ukrayna KİV-lərinin məlumatına görə, Rusiya tərəfindən Xarkova endirilən zərbələr nəticəsində 30-dan çox insan yaralanıb.

Ukrayna Prezidenti bu zərbələri “tamamilə mənasız”, hər hansı hərbi məqsədi olmayan zərbələr adlandırıb.

“Bizə müdafiədə dəstək – güclü Hava Hücumundan Müdafiə (HHM) sistemi, silah istehsalının genişləndirilməsi lazımdır. Bütün bunlar həyatları qorumağa kömək edəcək. Tərəfdaşlarla qarşılıqlı əlaqəyə ümid edirik və artıq kömək etməyə hazır olan hər kəsə minnətdarıq”, – o vurğulayıb.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …