Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, – Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …