Çərşənbə axşamı , 15 Sentyabr 2026

Digər ölkələr

Tanınmamış dövlət hərbi texnika daşıyan Türkiyə gəmisini ələ keçirib

Somali hökuməti üçün hərbi texnika daşıyan türk yük gəmisi ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Somali Guardian” və “Maritime Executive” nəşrləri yazır. Bildirilir ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış “Puntland dövləti” götürüb. Gəmidə müasir zirehli döyüş maşınları, zenit topları və digər silahlar aşkarlanıb. Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır. Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci …

Read More »

KİV: Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər verir. Qeyd olunur ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. “Al-Arabiya” nəşri ABŞ-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail və Suriya arasında təhlükəsizlik məsələləri üzrə əlaqə kanallarının bərpa olunduğunu bildirib. Məlumata görə, Türkiyə …

Read More »

Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb

Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib. “Görüşün gündəliyi bizə aydındır – məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, – o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb. Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə …

Read More »

ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib

ABŞ və Türkiyə YPG/PKK ilə əlaqəli Suriya Demokratik Qüvvələrinə (SDF) Suriya hökumətinə qoşulmaq üçün 30 gün vaxt verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrə istinadən bildirib. Qeyd olunub ki, inteqrasiya olunmayan bölmələr tərk-silah ediləcək, Dəməşq isə tam nəzarəti özündə saxlayacaq. Qruplaşmanın lideri Mazlum Abdi mart ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə SDF və onların …

Read More »

Ukraynanın silah istehsalı 35 dəfə artıb

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri silah istehsalı 35 dəfə artıb. Ukrayna sürəti azaltmağı planlaşdırmır. Bu barədə ölkənin müdafiə naziri Denis Şmıqal bildirib. “Ukrayna silahlarının istehsalının artırılması əsas müdafiə prioritetlərindən biridir. Biz müharibə başlayandan bəri istehsalı əhəmiyyətli dərəcədə artırmışıq – 35 dəfə. Bizim rəqəmləri daha da artırmaq üçün potensialımız var”, – Şmıqal qeyd edib. Onun sözlərinə görə, hazırda cəbhədə Ukrayna silahlarının payı 40% …

Read More »

Rusiyadan qovulan ukraynalılar Gürcüstan keçid məntəqəsində etiraz edirlər

Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsində bufer zonasının zirzəmisində ilişib qalan keçmiş Ukrayna vətəndaşları dünən, iyulun 12-də gecə saatlarında Gürcüstan sərhəd xidmətinin əməkdaşlarına etiraz etmək üçün yuxarı mərtəbəyə qalxıblar. Bu barədə “Novaya qazeta. Yevropa”ya ukraynalıların özləri məlumat verib. Onların sözlərinə görə, etiraza 60-70 nəfər çıxıb. “Novaya Avropa”da olan videolarda ukraynalılar Duty Free zonasına buraxılmağı tələb edirlər ki, orada “heç olmasa şüşədə su ala bilsinlər”. …

Read More »

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər. İ.Rezai …

Read More »

Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib

Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Məlumata görə, ölən və yaralananlar var. Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: “Hava hədəflərinin məhv edilməsi hələ də davam edir”. O, həmçinin vurğulayıb ki, xilasetmə …

Read More »

İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər

İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak “X” səhifəsində yazıb. “İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya prezidenti Əhməd əl-Şara ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, – T.Barrak qeyd edib.

Read More »

Putin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə hazır olduğunu təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarını axtarmağa hazır olduğunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon söhbətindən sonra məlumat yayıb. “Vladimir Putin münaqişənin siyasi və diplomatik həllinin tapılmasına dair prinsipial öhdəliyini təsdiqləyib”, – məlumatda bildirilir. Putin, həmçinin İstanbulda Rusiya-Ukrayna danışıqlarını davam etməyə hazır olduğuna görə …

Read More »