Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, hibrid və kiber təhdidlərə, həmçinin Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq İttifaqın müdafiəsinin gücləndirilməsi və ona ayrılan xərclərin artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ötən gün Brüsseldə …
Read More »Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq – RƏY
Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq: “Məsələn, hesab edirəm ki, bu, …
Read More »Qətərin Baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsinə dair danışıqlara çağırıb
Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara çağırıb. Boyukmillet.com xəbər verir ki, bunu o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. “Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik. …
Read More »NATO Baş katibi müharibəyə hazırlığa çağırıb
NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib. M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. …
Read More »ABŞ Kanadaya ciddi xəbərdarlıq edib
Ottava cavab tədbirləri görərsə, ABŞ səlahiyyətliləri Kanadadan gələn mallara tarifləri artıra və ya genişləndirə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Əgər Ottava Amerikanın Kanadaya ixrac etdiyi mallara tariflər tətbiq etməklə və ya buna bənzər tədbirlərlə Vaşinqtona qarşı cavab tədbirləri görsə, Prezident Donald Tramp tətbiq etdiyi rüsumların əhatəsini artıra və ya genişləndirə bilər”, – sənəddə …
Read More »Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var
Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb. Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib. Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı …
Read More »Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb
Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması …
Read More »Vaşinqtonda sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub
Təyyarədə 60 sərnişin və dörd heyət üzvü, helikopterdə isə üç hərbçinin olduğu bildirilib Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib. “American Airlines”in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub. “Sikorsky …
Read More »709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq
ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir. Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər. Bu siyahıda …
Read More »Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsində olduğu ilk doqquz gün ərzində rekord sayda – 38 fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Qeyd olunur ki, tarix boyu heç bir Amerika lideri belə etməyib. Portalın qiymətləndirmələrinə görə, Tramp prezident səlahiyyətlərini genişləndirmək məqsədilə ABŞ administrasiyasının işini yenidən qurur. Keçmiş ABŞ prezidentlərindən yalnız Cozef Bayden və Harri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar