PKK terrorçuları İraqda partlayış törədiblər, ölən və yaralanan var PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Rudaw” internet resursu bildirib. Məlumata görə, hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil …
Read More »İndoneziyada sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 26 nəfər həlak olub
İndoneziyada onlarla insanın həlak olması ilə nəticələnən ağır yol qəzası baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Sinxua” agentliyi bildirib. Qeyd edilir ki, hadisə Qərbi Yava vilayətində qeydə alınıb. Avtobusun uçuruma yuvarlanması nəticəsində azı 26 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı avtobusda 62 nəfər olub. Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, hazırda xilasetmə əməliyyatı aparılır.
Read More »Papaya İraqda böyük ŞOK : Sünnilərin dini lideri Şeyx Əhməd Papa Francisin görüş təklifini RƏDD ETDİ – Prezidenti belə dinləmədi…
İraqın ən yüksək sünni dini lideri Şeyx Əhməd Həsən ət-Taha İraqı ziyarət edən Katolik dünyasının lideri Papa Françis ilə görüşməkdən imtina edib. Boyukmillet.com xəbər verir ki, bu haqda Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb. Qəzetə danışan İraqın adının çəkilməsini istəməyən yüksək vəzifəli bir məmuru, Şeyx Əhməd Həsən ət-Tahanın ziyarət öncəsi edilən bütün dəvətlərə rəğmən Papa ile yan yana gəlmə təklifini rədd etdiyini …
Read More »ABŞ-da məktəbdə əl qumbarası partladı: Yaralılar var
ABŞ-ın Miçiqan ştatının Nyueyqo dairəsində yerləşən məktəblərin birində şagird sinfə əl qumbarası gətirib. TASS yerli polisə istinadən xəbər verir ki, qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb. Bunlar qumbaranı gətirən məktəbli, onun dörd sinif yoldaşı və sinif rəhbəridir. Hadisə ilə bağlı araşdırma aparılır.
Read More »Ukraynada müharibə başladı – separatçılar hücuma keçdi – 20 ölü…
Martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri …
Read More »Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb
Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib. Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı …
Read More »Yəməndəki qiyamçılar “Saudi Aramco”nun obyektini raket atəşinə tutub
Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti – “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib. Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib. Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb.
Read More »Tramp Baydenin siyasətini kəskin tənqid edib
ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin tənqid edib. Boyukmillet.com-un məlumatına görə, Tramp sələfini ABŞ tarixinin ən pis prezidenti adlandırıb. “O, artıq işlərə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və biliklərə qarşı olduğunu göstərdi. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını bilmirdi”. Onun sözlərinə görə, Amerika ilk …
Read More »Hindistanda valideynlər böyük qızlarını müalicə etdirmək üçün kiçik qızlarını satıb
Hindistanda valideynlər böyük qızlarının müalicə xərclərini ödəmək üçün 12 yaşlı qızlarını satıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “The Times of India” yayıb. Onlar yeniyetmə qızı 46 yaşlı qonşularına 10 min rupiyə (136 ABŞ dolları) satıblar. Bildirilib ki, artıq 46 yaşlı kişi ilə 12 yaşlı yeniyetmənin nikah mərasimi baş tutub. Bir müddətdən sonra isə həmin kişi hər gün evdə səs-küy saldığına …
Read More »Meksikada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub
Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Universal” qəzeti polisə istinadən bildirib. Məlumata görə, hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar. Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib. Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə …
Read More »