Fevralın 18-də gecə saatlarında “Taliban” qruplaşmasının silahlıları Əfqanıstanın Daykundi əyalətinin Patu qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Əfqanıstanın “1TV” telekanalı yayıb. Nəticədə hakimiyyətyönlü silahlı dəstənin 9 döyüşçüsü ölüb, 10-u yaralanıb.
Read More »İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı
İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib. Məlumata görə, etirazçılar Barselonanın və Madridin mərkəzində, həmçinin Kataloniyada və Qranada əyalətində qarışıqlıqlar zamanı saxlanılıblar. Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar. Nəticədə polis …
Read More »ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb – YENİLƏNİB
ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 6 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dallas Morning News” hakimiyyət orqanlarına istinadən bildirib. Qeyd edilir ki, yol qəzasında xəsarət alanların da sayı artaraq 65 nəfərə yüksəlib. Onlar xəstəxanaya yerləşdirilib. Daha əvvəl Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra qəza zamanı 5 nəfərin öldüyünü bildirib. Texasın mərkəzi magistrallarından birində …
Read More »Çin və Hindistan mübahisəli bölgədə qoşun yerləşdirir
Çin və Hindistan aralarındakı mübahisəli sərhəd ərazisinə sinxron olaraq qoşun yerləşdirməyə başlayıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bildirib. Çin Müdafiə Nazirliyinin sözçüsü U Syan deyib ki, ordu komandanlığı səviyyəsində tərəflər arasında aparılan danışıqların 9-cu raundunda əldə edilən konsensusa əsasən, Hindistan və Çin qoşunları fevralın 10-dan Panqonq-So gölünün şimal və cənub sahilində planlaşdırılmış şəkildə …
Read More »Nigeriyada silahlı hücum nəticəsində 23 nəfər ölüb
Afrikanın qərbində yerləşən Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 23 nəfər ölüb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Kaduna əyaləti daxili təhükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib. Onun sözlərinə görə, həmin şəxslər ölkənin Birnin Gvari, Giva, Çikun, İgabi və Kauru əyalətlərinə hücum ediblər. Aruvan hücumlar nəticəsində 23 nəfər öldüyünü, çoxlu sayda insanın yaralandığını təsdiqləyib. Məlumata …
Read More »Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb
Tanzaniyada naməlum xəstəlik azı 15 nəfərin həyatına son qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə sisteminin nümayəndələrinə istinadən “Anadolu” agentliyi bildirib. Səhiyyə nümayəndələrinin sözlərinə görə, infeksiya qanla qusmaya səbəb olur. Artıq infeksiyaya yoluxmuş 50-dən çox pasiyent xəstəxanaya yerləşdirilib. “Bu xəstəlik hələ geniş yayılmayıb, yalnız bir inzibati dairədə kütləvi yoluxma olub”, – Çunya dairəsinin baş həkimi Felista Kisandu deyib. Onun sözlərinə …
Read More »Aramsız yağışlar Almaniyada həyatı iflic edib
Almaniyada son günlər aramsız yağışlar və dağlardakı qarın əriməsi ilə daşan çaylar ölkədə həyatı iflic edib. Boyukmillet.com xəbər verir ki, ən acınacağlı vəziyyət Reyn çayı sahilində yerləşən Köln, Bonn, Düsseldorf kimi böyük şəhərlərdə qeydə alınıb. Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çay sahilində yerəşən bu şəhərlərdə suyun səviyyəsi son üç gündə daha 3 metr qalxaraq 8,3 …
Read More »Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var
Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “El Tiempo” qəzeti bildirib. Qəzetin məlumatına görə, hadisə Tumako (Narino qərb departamenti) bələdiyyəsi yaxınlığında olub. Həlak olanlar arasında həddi-buluğa çatmayan yeddi nəfər də var. Hadisə zamanı 30 sərnişin xilas edilib. Xilasedicilərin ehtimalına görə, qəza nəticəsində təxminən 30 nəfər itkin düşüb. Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.
Read More »Yəməndə partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var
Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində məişət qazı balonlarının doldurulması stansiyasında partlayış nəticəsində iki nəfər həlak olub, onlarla insan zərər çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən “RİA Novosti” agentliyi bildirib. Qeyd edilir ki, maye qaz tankerinin olduğu qazdoldurma stansiyasında yanğın başlayıb, nəticədə partlayış baş verib. Partlayış zamanı iki nəfər həlak olub, daha qırx səkkiz nəfər yaralanıb. …
Read More »Bayden NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib
ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd edilir ki, ABŞ prezidenti NATO rəhbəri ilə Rusiya, İraq və Əfqanıstan məsələlərini müzakirə edib. “Prezident Cozef Bayden bu gün NATO baş katibi Yens Stoltenberqlə danışıb. Prezident Baş katibə ittifaqa etibarlı rəhbərliyi üçün təşəkkür edib, Əfqanıstan, İraq və …
Read More »