ABŞ SSRİ dağılandan sonra təkqütblü dünyaya başçılıq eləməyə başladı. Bu ölkə güclü ordusu, iqtisadiyyatı və dollarına görə qüdrətli sayılmırdı, həm də demokratiyasına, güclü vətəndaş cəmiyyətinə görə bu etimadı qazanmışdı. Sovetlərdən sonra sosializm düşərgəsinin üzvləri, yeni müstəqil olan dövlətlər və öz dövlətçiliyini bərpa edən ölkələr üçün ABŞ demokratiya və ədalət rəmzi oldu. Onun nüfuzu və təsir imkanları hələ də güclüdür. ABŞ-ın …
Read More »Rusiya XİN Vaşinqtondakı qarşıdurmalara münasibət bildirib
“Vaşinqtondakı hadisələr ABŞ-ın daxili işidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ paytaxtında baş verən hadisələrlə bağlı bəyanatında bildirilib. “Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, – XİN-nin bəyanatında vurğulanıb. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının …
Read More »Almaniyada karantin rejimi uzadıldı: Yeni qadağalar açıqlandı
Almaniyada tətbiq olunan karantin rejimi 31 yanvara qədər uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel ilə əyalət baş nazirlərinin ötən gün keçirilən növbəti toplantısında qərar verilib. Ölkədə 31 yanvar tarixinədək qüvvədə olacaq məhdudiyyətlərə əlavə olaraq bəzi qərarlar da alınıb. Son 7 gündə hər 100 min nəfərdə 200-dən çox koronavirusun aşkar edildiyi bölgələrdə insanlar yaşayış yerlərini 15 kilometrə …
Read More »Hindistanda kütləvi quş qripi xəstəliyi qeydə alınıb
Son günlərdə Hindistanın müxtəlif bölgələrində bir neçə min quş ölüb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, kütləvi ölüm hallarına quş qripinin yayılması səbəb olub. Bu xəstəliyin virusu artıq azı dörd şatatda – Himaçal Pradeş, Madhya Pradeş, Kerala və Racasthanda təsdiqlənib. Bir sıra digər ştatlarda isə quşların ölüm səbəbləri müəyyənləşdirilir. Hindistanın şimalındakı Himaçal Pradeş ştatının hökuməti çərşənbə axşamı Kanqra əyalətindəki Pona Dam …
Read More »ABŞ-da naməlum şəxslər təyyarəni Kapitoli binasına çırpmaqla hədələyiblər
Nyu-Yorkda bir neçə aviadispetçer naməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmaq və İran generalı Qasım Suleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib. “Çərşənbə günü biz təyyarədə Kapitoliyə uçacağıq. Suleymaninin qisas alınacaq”, – telekanal bazar ertəsi Nyu-Yorkun aviadispetçerlərinin eşitdiklərindən sitat gətirib. Bu xəbərdarlıqların kimlər tərəfindən göndərildiyi hələ müəyyənləşdirilməyib. Telekanalın məlumatına görə, …
Read More »Tramp ona dəstək üçün Vaşinqtona gələn tərəfdarlarına təşəkkür edib
ABŞ Prezidenti Donald Tramp ona dəstək aksiyasında iştirak etmək üçün paytaxt Vaşinqtona gələn tərəfdarlarına minnətdarlığını ifadə edib. Boyukmillet.com xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün tvitterdəki səhifəsində yazıb. “Vaşinqton cürətlənmiş solçu radikal demokratların qələbənin onlardan alınmasını istəməyən insanlarla tam doldu. Ölkəmiz mövcud vəziyyətdən bezdi: insanlar artıq buna dözməyəcəklər”, – deyə Tramp tvitter səhifəsində yazıb. ABŞ rəhbəri tərəfdarlarının aksiyasını demokratlar …
Read More »Fransa sülhməramlıları Malidə toyu bombalayıb, 100 nəfər ölüb
Mali mərkəzinin naməlum nişanlı təyyarə tərəfindən bombalanması nəticəsində azı 20 dinc sakin ölüb, 20 nəfər yaralanıb. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” mətbu orqanı məlumat yayıb. Hadisə Mopti vilayətinin Duens şəhəri yaxınlığında Bunti yaşayış məntəqəsində baş verib. Məlumata görə, təyyarə toy mərasiminin iştirakçılarını bombalayıb. Bildirilib ki, Malidə Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri uçur. Onlar …
Read More »Bu ölkələrdə virusdan ölənlərin meyitlərini saxlamaq üçün yer tapılmır
Çex Respublikasının şimal-şərqindəki Ostrava və Slovakiyanın qərbindəki Nitra şəhərlərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin dəfn edilməsi və saxlanması ilə əlaqədar ciddi problemlər yaranıb. Bu barədə Boyukmillet.com “Mlada fronta Dnes” qəzetinə istinadən məlumat yayıb. Qeyd olunub ki, 288 min əhalisi olan Ostravanın krematoriyası gecə-gündüz işləyir, lakin ölüləri yandırmağı çatdıra bilmir. 76,5 min insanın yaşadığı Nitrada, cəsədlərini saxlamaq üçün qış stadionundan …
Read More »Donald Trampa qarşı cinayət işi açıla bilər
Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyə Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezident Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı məktub göndəriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Lyu özünün tvitter hesabında yazıb. Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə …
Read More »ABŞ-da keşiş atışma zamanı öldürülüb, yaralananlar var
ABŞ-da baş vermiş atışmada azı bir nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb. Məlumata görə, hadisə Texas ştatının Uaynon şəhərində baş verib. Atışma zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Hadisə nəticəsində həlak olan şəxs keşişdir. Onun yerli kilsələrdən birində gizlənən şəxs tərəfindən öldürüldüyü bildirilir. ABC-nin məlumatına görə, kişi keşişdən aldığı odlu silahdan onun özünə atəş …
Read More »