Bazar , 11 Yanvar 2026

Digər ölkələr

BMT Baş Assambleyasının sədri: Qətnamə Ukraynada atəşkəs çağırışını təkrarlayır

“Təhlükəsizlik Şurasının qətnaməsi Ukraynada davam edən vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir və dərhal atəşkəs, humanitar dəstəyə maneəsiz çıxış, dialoqa, diplomatiyaya qayıdış çağırışını təkrarlayır”. Boyukmillet.com xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Abdulla Şahid özünün tviterdəki hesabında yazıb. Qeyd edək ki, BMT Baş Assambleyası ötən gün “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda …

Read More »

Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək

Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib. “Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, – Le Maire …

Read More »

ABŞ: Rusiya qoşunlarını Ukraynadan çıxarsa, danışıqlara hazırıq

Rusiya qoşunlarını çıxarsa və həmçinin danışıqlara başlasa, ABŞ Ukrayna ilə bağlı diplomatiyaya hazırdır.  Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə çərşənbə günü mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Əgər Rusiya qoşunlarını çıxarsa və danışıqlara hazırdırsa, biz də bunu etməyə hazırıq”, – ABŞ rəsmisi vurğulayıb. “Mən dostum və həmkarım, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə demək olar, …

Read More »

ATƏT-in əməkdaşı Ukraynada həlak olub

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub. Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb. “Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, – ATƏT-in bəyanatında deyilir. Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat …

Read More »

Zelenski: “Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”

“Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib. “Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, – Prezident bildirib. V.Zelenski deyib ki, …

Read More »

ABŞ Rusiya neftinə embarqo qoyacaq

ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib. “Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, – Cozef Bayden qeyd edib. “Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub”, – ABŞ rəhbəri vurğulayıb. Onun sözlərinə …

Read More »

NATO Ukraynaya qoşun göndərməyəcək

“NATO Ukraynadakı toqquşmada tərəf tutmayacaq”. Boyukmillet.com “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib. “Ora əsgər göndərməyəcəyik və hava məkanında təyyarələrimiz uçmayacaq”, – deyə o vurğulayıb. Qeyd edək ki, Y.Stoltenberq böhranın diplomatik yolla həllində maraqlı olduğunu bildirib.

Read More »

Polşa Prezidenti: “Ukraynaya hərbi təyyarə göndərməyəcəyik”

“Ukraynaya hansısa təyyarə, o cümlədən hərbi təyyarə göndərməyəcəyik”. Boyukmillet.com xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. “Bu, hərbi müdaxiləyə şərait yaradar”, – o bildirib.

Read More »

Üç NATO ölkəsi Ukraynaya 70 təyyarə verəcək

Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək. Boyukmillet.com məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, – məlumatda deyilir. Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd …

Read More »

ABŞ dövlət katibi Ukraynaya silah və Rusiyaya qarşı sanksiyalar vəd edib

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə yazıb. Onun sözlərinə görə, Ukrayna ABŞ-dan Rusiyaya qarşı daha ​​çox sanksiyalar, ölkə üçün isə silahlar istəyir: “Dövlət katibi təsdiqləyib ki, həm birinci, həm də ikincilər daha çox olacaq. Biz növbəti addımlar barədə razılığa gəldik”, – …

Read More »